Azərbaycanın xarici siyasətinin prioritetləri regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır
Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni əməkdaşlıq formatlarının yaradılması və birgə səylərin göstərilməsi xüsusi yer tutur. Bu baxımdan, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Göründüyü kimi, Azərbaycanın xarici siyasətinin prioritetləri onun həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində də bu məsələyə xüsusi diqqət yönəldib. Belə ki, 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə gedən Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərə, müzakirə olunan məsələlərə diqqət yetirdikdə türkdilli dövlətlərlə əməkdaşlığın prioritetliyi özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putin ilə görüşlərində iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin hazırkı səviyyəsini müzakirə edərək münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün geniş imkanların mövcudluğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələlərini xüsusi qeyd etdi.
Prezident İlham Əliyevin Sammitdə dərin məzmunlu çıxışı əlverişli coğrafi məkanda yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının təqdimatında da əhəmiyyətli rol oynadı. Diqqəti daha çox tarixi Zəfərimizdən sonrakı dövrdə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara yönəldən dövlətimizin başçısı bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Səmərqənd Sammiti Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dəyişməz olduğunu dünyaya bir daha nümayiş etdirib. Ölkəmizin bu mövqeyi Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Səmərqənd Bəyannaməsində qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb.
Tufan Məmmədov – iqtisadçı ekspert
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
İstiyə görə Eyfelin hündürlüyü artdı
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)
Şamda qadın turist küçədə gəzərkən bir qrup kişinin təcavüzünə məruz qalıb - VİDEO
Qanalı məşhur şaman bu dəfə Dünya Kubokunun qalibini açıqladı