"Ermənistana təsir edə biləcək bir neçə ciddi qlobal güc mövcuddur" - Politoloq

"Ermənistana təsir edə biləcək bir neçə ciddi qlobal güc mövcuddur" - PolitoloqGürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazır olduğunu bildirib.
Bununla bağlı Sonxeber.az-a danışan politoloq Anar Əliyev bildirib ki, Ermənistana təsir edə biləcək dövlətlər tam obyektiv olmayana qədər Gürcüstanın təşəbbüsü ciddi nəticə əldə olunacağına inam formalaşdırmır:
"Gürcüstan bu günə qədər bir neçə dəfə Ermənistan və Azərbaycan rəsmilərinin görüşünə ev sahibliyi edib. İlk dəfə müharibədən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşünün təşkil olunmasını məhz Gürcüstan irəli sürüb və buna nail olunmuşdur. Təəssüf ki, Ermənistan görüşlər zamanı razı olunan qərarları sabotaj edərək üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bu baxımdan hesab edirəm ki, Gürcüstan baş nazirinin növbəti təklifi Cənubi Qafqazda sülh prosesinin əldə olunmasında mühim addım kimi qiymətləndirsək də, belə bir görüş keçirsək Ermənistan yenə də görüşün nəticələrini sabotaj etməyə çalışacaq. Ermənistan müxtəlif formatlı görüşlərdə mümkün qədər müzakirəyə hazır olduğu görüntüsü formalaşdırmaga çalışır. Amma təəssüf ki, Cənubi Qafqazda sülhün möhkəmlənməsinə heç bir töhfə vermək istəmir. Gürcüstan tərəfinin təşəbbüsünü Azərbaycan xalqı olaraq alqışlayırıq. Əslində Gürcüstan Azərbaycanın 2 ildə səsləndirdiyi fikirləri paylaşıb. Azərbaycan Vətən müharibəsi bitdikdən sonra qalib gəlməyinə baxmayaraq, məğlub tərəfə sülh əlimizi uzatdıq. Gürcüstan baş nazirinin təklifi Azərbaycanın Ermənistanla sülh şəraitində münasibətlərinin qurulmasına xidmət edir. Bu günə kimi Ermənistanın atdığı addımlar, təcrübəmiz deməyə imkan verir ki, Ermənistan bu görüşün də nəticələrinin yerinə yetirilməsinə razı olmayacaq.
Hesab edirəm ki, Ermənistana təzyiq etmək gücündə olan dövlətlərin xaricində digər dövlətlərin təşəbbüsləri yalnız alqışlanmalıdır. Amma əldə ola biləcək ciddi nəticələr düşünmək çox çətindir. Ermənistana isə təsir edə biləcək cddi bir neçə qlobal güc mövcuddur. Bunlar Rusiya, Amerika, Fransa, Qərbi Avropa dövlətləri, BMT-dir. Amma nə isğal dövründə, nə Vətən müharibəsindən sonra təzyiq müşahidə etdik. Əksinə, 12 -14 sentyabr tarixli təxribatlardan sonra ABŞ və Fransa rəsmilərinin sərgilədiyi mövqe onu göstərir ki, həmin güclər Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlı deyillər.Qarant rolunda çıxış etmək istəyən ABŞ-ın prezidenti belə Ermənistana ünvanladığı məktubda "Dağlıq Qarabağ əhalisi" deyə söz işlədib.Bu münqaişənin hələ də həll olunmadığını göstərir. Təəssüf ki, Bayden kimi avantürist, qeyri-dürüst birinin Cənubi Qafqaz reallıqlarını qəbul etməyən davranışları Ermənistan xalqında yalnış təsəvvürlər formalaşdırır. Ermənistana təsir edə biləcək dövlətlər tam obyektiv olmayana qədər Gürcüstanın təşəbbüsü ciddi nəticə əldə olunacağına inam formalaşdırmır".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2925   Tarix: 23 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021