Putindən fərarilərlə bağlı sərt qərar
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Sənəd hüquqi informasiyanın rəsmi internet portalında yayımlanıb.
Bildirilir ki, döyüş əməliyyatlarında iştirakdan imtinaya görə 3 ilədək, bu, "ağır nəticə"lərə səbəb olduqda isə 10 ilədək azadlıqdan məhrumetmə gözlənilir. Səfərbərlik dövründə fərariliyə görə 15 ilə qədər həbs cəzası veriləcək.
Qanun həmçinin xəstəlik göstərərək, özünü şikəst etməklə, sənədləri saxtalaşdırmaqla və ya digər saxtakarlıqla vəzifə borcunu yerinə yetirməkdən imtina edən hərbçiyə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir