"Hər hansı sənədə imza atsa, Paşinyanı "satqın" və "türk" adlandırırlar - Hərbi ekspert
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Azərbaycanın Dağlıq Qarabağla danışıqlara başlaması gərəkdiyini bildirib.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Paşinyan daxili auditoriyaya oynayıb vaxt uzadır. Bu, növbəti provokasiyadır:
"İndiki müddətdə xüsusilə də Paşinyanın BMT, Brüssel, Fransada görüşlərindən sonra bu kimi bəyənatı heç nə ilə nəticələnə bilməz. Çünki Qarabağ üzərində danışıqlar bitmiş sayılır. Azərbaycanın Qarabağ deyilən problemi yoxdur. Bu, növbəti provokasiyadır. Əslində onun səsləndirdiyi fikirlər Qarabağdan qeyri-qanuni birləşmələrin necə çıxarılmalı olduğu, kommunikasiya xətlərinin açılması yönündə olmalıdır. Xüsusilə Fransa prezidenti ilə görüşdən sonra Paşinyanın belə təklifini provokasiya kimi qiymətləndirirəm. Qarabağ məsələsi bizim üçün siyasi olaraq bitib. Bu, bizim daxili məsələmizdir. Təbii ki, gələcəkdə Qarabağın sülhməramlı kontingentinin müddəti də bitəcək. Ermənistanla problemimiz yoxdur. Ancaq daxili problemimiz var. O da öz həllini tapacaq. Ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da köçüb gedəcəklər. Ermənistanın müxalifət partiyalarının keçmiş liderləri katolikosla görüşdə verdiyi mesajlar önəmlidir. Onlar Paşinyana da eşitdirirlər ki, kapitulyasiya aktını imzalamış, müharibədən məğlub çıxmış ölkə rəhbəri kimi davranmaq lazımdır. Amma görünən odur ki, Ermənistan bunu edə bilmir. Çünki hər hansı sənədə imza atsa, onu "satqın" və "türk" adlandırırlar. Ermənistanda bu fobiya çox güclü olduğu üçün normal addımlar ata bilmir. Paşinyan daxili auditoriyaya oynayıb vaxt uzadır. Sülh sazişinə gedən yolu sabotaj edir. Amerika, Rusiya siyasi flügerliyini davam edəcəklər. Nəticə etibari ilə təxribatlara yansıyacaq. Ermənistanın keçmiş liderləri katolikosla görüşdə bildirdilər ki, Paşinyan belə davransa, birdən görəcəyik ki, Azərbaycan Yerevan ətrafındadır. Adətən siyasətçilər anlaşmayanda hərbçilər məsələni həll edirlər. Siyasətdə gözləmə dövrünə girilib. Gözləntilər Zəngəzur dəhlizinin açılması, qeyri-qanuni birləşmələrin Qarabağdan çıxarılmasıdır. Təbii ki, atılacaq addım varsa, bu, Ermənistandan gəlməlidir. Olmayacaqsa, 12-13 sentyabrdakı kimi cavabını alacaq. İtirən tərəf Ermənistandır, amma verdiyi təkliflər qəbul ediləcək formada deyil".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir