Azərbaycan Dağlıq Qarabağla danışıqlara başlayacaq? - RƏY
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Azərbaycanın Dağlıq Qarabağla danışıqlara başlaması gərəkdiyini bildirib. O, danışıqları ATƏT-in Minsk qrupunun aparmasını təklif edib.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elşən Manafov bildirib ki, Ermənistan ABŞ və Fransanın ciddi təzyiqi altındadır. Paşinyanın bəyənatı hələlik deklorativ xarakter kəsb edir və baş nazir sözdən əmələ keçməyənə qədər Ermənistanın mövqeyində ciddi dəyişiklik müşahidə etməyəcəyik:
"Paşinyan əvvəl də Ermənistanin Azərbaycanla danışıqlara başlayacağı ilə bağlı açıqlama verib, Ermənistanin Dövlət Təhlükəsizlik Şurasının katibi Qriqoryan isə daha qabağa gedərək Ermənistanın Azərbaycan prezidentinin irəli sürdüyü 5 məlum şərt ətrafinda danışıqlara hazir olduğunu bildirib. Brüssel və Moskvanın vasitəçiliyi ilə keçirilən görüşlərdə də Ermənistan bu təkliflər ətrafinda danışıqların əleyhinə olmadığını bildirib. Amma Ermənistanın mövqeyində maraqli məqam ondan ibarətdir ki, ikitərəfli danışıqlar Qarabağ məsələsi gündəmdə olmadan aparılsın, Qarabağın təhlükəsizliyi ilə ATƏT-in Minsk qrupu formatı çərçivəsində aparılan danışıqların müzakirə predmeti olsun. Bununla da rəsmi İrəvan Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərdən birinə fərqli münasibət sərgiləyir və əslində Minsk qrupunun dəstəyi ilə Azərbaycanın daxili probleminə müdaxilə imkanlarını öz əlində saxlamaq istəyir. Azərbaycanın Minsk qrupunun bundan sonrakı statusu ilə bağlı fərqli yanaşmasına baxmayaraq, Ermənistan bu amorf təşkilatın reanimasiyasında maraqlıdır. Burada Ermənistanın ABŞ və Fransanın ciddi təzyiqi altında olması, onların diktəsi ilə hərəkət etməsi birmənalıdır. Odur ki, Paşinyanın bununla bağlı bəyənatı hələlik deklorativ xarakter kəsb edir və baş nazir sözdən əmələ keçməyənə qədər Ermənistanın mövqeyində ciddi dəyişiklik müşahidə etməyəcəyik. Sözdən əmələ keçid isə Moskva razılaşmasının şərtlərinə əməl etmək, Azərbaycan tərəfinin irəli sürdüyü 5 məlum şərt ətrafında danışıqlara başlamaqdan ibarət ola bilər".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir