İki min adamı pişik dişləyib
2022-ci ilin 6 ayında 17 528 nəfər heyvan dişləməsinə görə müraciət edib.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova Səhiyyə Nazirliyinin canlı yayımında "Quduzluq" mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, bunun 3743 nəfəri Bakının payına düşür: "14900 nəfər it, 2015 nəfər pişik, 322 nəfər siçovul, 300-ə yaxın adamı isə digər heyvanların dişləməsi ilə bağlı müraciət edib".
Ceyran Cəfərova qeyd edib ki, bu günə qədər ölkədə insanlar arasında heç bir quduzluq xəstəliyi aşkar edilməyib.
O əlavə edib ki, ovçular arasında profilaktik quduzluq peyvəndləməsi aparılır:
"Quduzluq təkcə dişləmə deyil, həm də zədələmə (cırmaqlama), tüpürcək yolu ilə də keçir. Quduzluğa qarşı peyvənd Azərbaycanda peyvəndləmə təqviminə daxil edilməsə də profilaktik tədbir olaraq ovçular arasında aparılır. Dişləmə nahiyəsi sinir sisteminə nə qədər yaxındırsa müalicə kursu uzadılır. Burada vaksinin vurulması ilə aparılan müalicədən söhbət gedir. Vaksinlər xəstəni bir ilə qədər qoruyur. Adətən üç, daha ciddi vəziyyətdə və ya dişləyən heyvan özünü şübhəli apardıqa beş vaksin vurulur. Quduzluq peyvəndi vurulduqdan sonra şəxs bir müddət qidalanmasına fikir verməli, spirtli içkilərdən uzaq olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1457 Tarix: 28 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR
Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini
18 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
18 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrKartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
18 oktyabrBakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək
18 oktyabrTarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib
17 oktyabr