Azərbaycanlı aktrisa amerikalı kinorejissora ƏRƏ GETDİ - TOYDAN GÖRÜNTÜLƏR
Bir neçə həftə əvvəl 79-cu "Venesiya Film Festivalı" çərçivəsində təqdim edilən "Banu" filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaellanın ötən axşam toyu baş tutub.
Sonxeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə ailə qurub.
Cütlüyün toyu paytaxtın dəbdəbəli restoranların birində baş tutub.
Açılışda Təhminə ilə Henri "O olmasın bu olsun" filmində səslənən Məşədi İbadın "Mən nə qədər qoca olsam da dəyərəm min cavana" musiqi sədaları altında rəqs ediblər. Bəyin milli rəqsin öhdəsindən məharətlə qəlməsi qonaqları heyran edib.
Diqqət çəkən məqam isə tort kəsilən zamanı Henrinin Təhminənin dodağından öpməsi olub.
Həmin anlar gecədə iştirak edən qonaqlar tərəfindən sosial şəbəkə hesablarında paylaşılıb.
Bununla yanaşı toyda dəvətlilər arasında Təhminənin bir sıra sənət yoldaşları iştirak edib.
Qonaqlardan biri isə "Banu" filmində Təhminənin anasını canlandıran Əməkdar artist Mələk Abaszadə olub. Sənətçi həmkarı ilə toyda çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, cütlüyə xoşbəxtlik arzu edib.
Gecənin musiqi qonaqları isə Xalq artistləri Zülfiyyə Xanbabayeva və Miri Yusif olub. Onlar sevilən mahnıları və hit duetləri ilə gecəyə rəng qatıblar. Aşiqlər isə onların ifaları sədaları altında rəqs ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Onun mahnısını oğurlayıb Sibel Cana satıblar" - Bəstəkarın xanımı
Mərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türkiyədə araşdırma başladılıb. xəbər verir ki, bu barədə -a mərhum bəstəkarın xanımı Aybəniz Əkbər məlumat verib. Onun sözlərinə görə, bəstəkarın bir neçə əsərinin illərdir oğurlanaraq Türkiyədə başqa adlar altında istifadə edilməsi ilə bağl
16 yanvarƏməkdar artistin atası vəfat etdi
Azərbaycanın əməkdar artisti, aktyor İlqar Cahangirə ağır itki üz verib. Qaynarinfo bildirir ki, aktyorun atası dünyasını dəyişib. İlqar Cahangir açıqlamasında hazırda danışa bilmədiyini bildirib: "Mənə çox çətindir, danışa bilmirəm"
21 yanvarTanınmış xanəndənin səhhətində ciddi PROBLEM YARANDI
Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, xanəndə "Rəngarəng" verilişində son dövrlər yaşadığı sağlamlıq problemlərindən danışıb. O, bildirib ki, son vaxtlar yayılan viruslardan birinə yoluxub və immunitetinin zəif olması səbəbindən 20-25 gü
4 fevralAlim Qasımovdan MaNganın təklifinə cavab
Türkiyənin məşhur "MaNga" qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib. "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib. Məsələ ilə bağlı -a danışan Alim Qasımo
19 yanvar"Gərək bir-birinin "gözünü çıxarsınlar""
"Sosial şəbəkəni izləyəndə görürsən ki, hərəsində adımıza bir böhtan atırlar. Bu qərəzli məlumatlar ya kimsə tərəfindən idarə olunur, ya maliyyələşdirilir, ya da nədənsə narazı olan var. Amma yüz yalandan birinə cavab veririk. Hamısına cavab versək, gərək bütün işimizi-gücümüzü ataq, onlarla məşğu
30 yanvar"Gələn il "dəmir toy" etməyi düşünürük" - Yazıçı Anar
"Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəyəm". xəbər verir ki, bu sözləri -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib. Xalq yazıçıs
14 mart