Əsl böhran bundan sonra başlayır... - TƏCİLİ XƏBƏRDARLIQ
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropaya dərindən təsir göstərməkdə davam edir. Rusiya prezidenti Vladimir Putinin qitəyə qazı kəskin şəkildə azaltması ilə dərinləşən enerji böhranı bu qış Avropanın bir nömrəli problemi kimi görünür. Enerji mənbələri üçün alternativ axtaran ölkələr qənaət planları ilə qışdan çıxmağa çalışır.
Belə bir vaxtda ekspertlərdən qorxunc açıqlamalar gəlib.
Qəzetə danışan ekspertlər bu qışın çətin keçəcəyini düşünən insanlara "Gələn qışın (2024) çox daha pis olacağı" barədə xəbərdarlıq ediblər.
"Council on Geostrategy" analitik mərkəzin həmtəsisçisi Ceyms Rocers qarşıdan gələn qışın daha tutqun olacağını düşünür. Bu qış qaz ehtiyatlarının tükənməsindən sonra gələn il onları dolduracaq heç bir qaynağın olmayacağını iddia edən Rocers deyib:
"Həll yolu qalıq yanacaqlardan yenilənə bilən enerjiyə keçməkdir, lakin belə bir layihənin tamamlanması on il çəkə bilər".
Ekspert Böyük Britaniyanın Rusiya qazından nisbətən aşağı asılılığına baxmayaraq, birbaşa asılı olan Almaniyadan daha çətin bir dövrlə üzləşdiyini iddia edib:
"Gələn ilin yazına qədər ehtiyatda olan qazın böyük hissəsi yox olacaq və qitə Rusiyadan son çarə kimi istifadə edəcək. Aİ bu qışı depolar sayəsində keçirə biləcək, bəs gələn qış anbarlar boş olanda nə baş verəcək?"
Digər tərəfdən, Avropa İttifaqının üç əsas qurumundan biri olan Avropa Parlamentinin enerji böhranı ilə əlaqədar bəzi qərarlar aldığı bildirilir. AP üzvlərinə daxili bəyannamə ilə çatdırılan qərarlara əsasən, həftə sonları ilə yanaşı, cümə günləri də istilik təchizatı tamamilə kəsiləcək. Təhlükəsizlik məqsədləri istisna olmaqla, binaların işıqlandırması söndürüləcək./"Paralel.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3437 Tarix: 08 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind
17 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrƏrdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
17 oktyabrFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrSimonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabrAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr