Ukraynadakı rus ordusunun yeni komandanı kimdir?
Xəbər verdiyimiz kimi, Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı rus ordusuna Sergey Surovikini komandan təyin edib.
Ordu generalı Sergey Surovikin 2017-ci ildən Rusiya Hərbi-Kosmik Qüvvələrinə rəhbərlik edib. Ukraynada başlayan "xüsusi hərbi əməliyyat"da isə "Cənub" qruplaşmasının komandanı olub. Bu qruplaşma Luqansk vilayətindəki Severedonetski iyunda ələ keçirib.
Surovikinin hazırda 55 yaşı var, xüsusi təyinatlı hərbi birlikdə xidmət edib, o cümlədən Əfqanıstanda olub. 1991-ci ilin avqust çevrilişi zamanı 24 yaşlı kapitan Surovikin Tamansk motoatıcı diviziyasının batalyon komandiri olub. Bu batalyon Yeni Arbatla Sadovoy halqasının kəsişməsindəki barrikadanı dağıtmağa çalışıb. Toqquşmalar zamanı etirazçılardan 3 nəfər – Dmitri Komar, İlya Kriçevski və Vladimir Uslov ölüb. Surovikin bir neçə ay həbsdə olub, ancaq vətəndaşların ölümü ilə bağlı ittiham onun üzərindən götürülüb. Moskva prokurorluğu bu qənaətə gəlib ki, Surovikin komandanlığın əmrini yerinə yetirib.
Surovikin Tacikistandakı hərbi konfliktdə və İkinci Çeçenistan müharibəsində iştirak edib.
Çeçenistan rəhbəri Ramzan Kadırov Surovikini şəxsən tanıdığını və onunla 15 ildir münasibəti olduğunu bildirib. Kadırov deyib ki, birləşmiş hərbi qruplar indi etibarlı əllərdədir. O, Surovikinin cəbhədə situasiyanı yaxşı istiqamətdə dəyişəcəyinə inandığını da deyib./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1448 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind
17 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrƏrdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
17 oktyabrFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrSimonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabrAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr