Starlink peykləri Yer üçün təhlükə yarada bilər

Starlink peykləri Yer üçün təhlükə yarada bilərAstronomlar ABŞ-ın Federal Rabitə Komissiyasından İlon Maskın ikinci nəsil Starlink şəbəkəsi üçün 30 min peykin buraxılmasını nəzərdə tutan layihəsini qadağan etməyi və ya dayandırmağı xahiş ediblər.

Alimlərin belə bir xahişlə çıxış etmələrinin səbəbi peyklərin öz parıltısı ilə səmanı bağlaması və göy cisimlərinin tədqiqinə mane olmasıdır.

Belə ki, Şotlandiyanın Edinburq Universitetinin astronomiya üzrə professoru Endi Lourensin dediyinə görə, Maskın peykləri artıq mütəmadi olaraq astronomik şəkillərdə görünür.

Onun sözlərinə görə, rabitə vasitələrinin orbitə çıxarılması davam etdikcə vəziyyət daha da pisləşəcək.

Öz növbəsində, Olin Kollecinin (ABŞ) planetologiya üzrə professoru Kerri Nugent hesab edir ki, gələcəkdə Starlink peyklərinin çoxluğu alimlərə vaxtında Yerə yaxınlaşan təhlükəli asteroidin qeydə alınmasına mane ola bilər.

Odur ki, Edinburq Astronomiya Cəmiyyəti və Regina Universitetinin (Kanada) nümayəndələri artıq ABŞ-ın Federal Rabitə Komissiyasına İlon Maskın layihəsini dayandırmaq tələbi ilə müraciət ediblər.

"İnternetə universal çıxışın təmin edilməsi yaxşı məqsəd olsa da, buna nail olmağın başqa yolları da var. Alternativ üsullar eyni zamanda təbiətə də ziyan vurmur. Önümüzdəki illərdə dayanıb yenidən düşünməsək, bu gün etdiklərimizə görə peşman ola bilərik", - deyə 179 astronomun imzaladığı müraciətdə deyilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1650   Tarix: 09 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır

"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir

22 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr