"Nilay elə bilir ki, ata-anası ölməyib, o böyüyəndə gələcəklər"
"Həmin gecə baş verən dəhşət iki ildir ki, gözümün önündən getmir. Nilay hələ bilmir ki, onun atası-anası ölüb, hər gün deyir ki, mən böyüyəndə gələcəklər".
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində ata-anasını və ata nənəsini itirən 1 yaş 10 aylıq Nilayın nənəsi Sevil Babazadə deyib.
O bildirib ki, həmin gecə Gəncədə yer-göy qəfildən titrəyib: "Biz bilmirdik ki, qızımın evinə raket düşüb. Bizə dedilər ki, həmin binanın yaxınlığındakı kombinat ərazisi partlayıb. Qaynımla birlikdə dərhal ora getdik. Raket zərbəsindən 10 dəqiqə sonra əraziyə çatanda gördüm ki, qızımın yaşadığı binanın bir hissəsi tamamilə dağılıb. Raket qızımgilin mənzilinin balkonuna düşmüşdü. Sonrasını təsəvvür edə bilmirəm. Hadisəni görən qaynım 5 ay sonra dünyasını dəyişdi. O gündən sonra həmin əraziyə gedə bilmirəm. Elə həmin gecə ora sonuncu dəfə getdim. Mən ora çatanda qızımın mənzilindən əsər-əlamət qalmamışdı".
Xatırladaq ki, ikinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Naftalan, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.
Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terorru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1448 Tarix: 11 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR
Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşları
3 maySabah hava yağmursuz keçəcək
Mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi il
2 mayQeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO
Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki
3 mayBakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmal
3 mayİlham Əliyev polşalı həmkarı Karol Navrotskini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "3 May - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca
3 mayMaaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ
Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir
3 mayAzərbaycan güləşinin Avropadakı liderliyi milli qürur mənbəyidir
Azərbaycan Respublikasında idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu siyasətin uğurlu nəticələrindən biri kimi Azərbaycan güləşçilərinin Avropa arenasında qazandığı növbəti möhtəşəm qələbə ölkə ictimaiyyəti tərəfindən böyük sevin
2 mayBraziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur
Braziliyanın Bakıdakı səfiri Manuel Monteneqro Azərbaycanın Qarabağ regionundakı bərpa işlərinin tempinə heyran qaldığını bildirib. Bu barədə səfir "Report"un Laçına ezam olunmuş əməkdaşına bildirib. Xarici diplomatik korpusun səfəri çərçivəsində regionda olan M.Monteneqronun sözlərinə görə
2 may