Bakıda içərisində 5400 manat olan ödəmə terminalı oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5 405 manat olan "Milli Ön" ödəniş terminalı oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.
Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb.
Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1130 Tarix: 11 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq" - VİDEO
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarını
5 martTəbriz bayraq qaldırıb!
Təbriz bayraq qaldırıb. Qalxıb Səhəd dağına, bütövlük sevdasıyla,. Təbriz bayraq qaldırıb "Misri" havası üstə. Döyüş başlasın deyə sərkərdə ədasıyla,. Qılıncını sıyırıb düşmən yuvası üstə. Marağa geyinibdi daha döyüş libası,. Səbrin də bir həddi var, daha səbirdən keçib. Qolundakı zənciri qırmaqd
5 martYeni "Qoşa" lotereyası satışa çıxıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bir-birindən maraqlı oyunları ilə sevindirməyə davam edir. Bu dəfə yeni "Poz-Qazan" oyunu "Qoşa" lotereyasının biletləri satışa çıxıb. 40 ədəd 400 manat böyük uduş və minlərlə digər uduşlarl
5 martBakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü
Bakının Xətai rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayo
5 martSabah 17 dərəcə isti olacaq
Azərbaycanda martın 6-da havanın 17 dərəcəyədək isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləy
5 mart