"Anamın son sözü "uşaqlar üçün bozbaş bişirməyi unutma" oldu" - CANANA SÜLEYMANLI

"Anamın son sözü "uşaqlar üçün bozbaş bişirməyi unutma" oldu" - CANANA SÜLEYMANLIXəbər verdiyimiz kimi, Ruhəngiz Qasımova ilə Təzəpir məscidində vida mərasimi keçirilir. Vida mərasimdə ailə üzvləri ilə yanaşı, bir çox tanınmış şəxslər də iştirak edirlər.

Bəstəkarın qızı Canana Süleymanlı anası barədə Sonxeber.az-a danışıb.

O, anasının son sözlərilə bağlı sualı belə cavablandırıb:

"Anam həmişə Bakıya gəlirdi. Sonra "COVID"ə görə 2 il gələ bilmədi. Sentyabrın 26-da, səhər Bakıya qayıtmalı idik, amma anamın halı pisləşdi. 10 günə anam vəfat etdi. Böyrəklərindəki problemə görə ürəyi dayandı. Mənə son sözü "Uşaqlar üçün bozbaş bişirməyi unutma" oldu".

C. Süleymanlının sözlərinə görə, Ruhəngiz xanım ən çox nəvəsi Mahir haqqında danışardı.

"Bizim ailəmizi yaxından tanıyanlar bilirlər ki, anam atamın ölümündən sonra yaşaya bilmədi. Anam güclü adam olub, o istəsəydi, yaşaya bilərdi. Dəfn ilə bağlı yerin harada olacağına dair ailəmiz qərar verdi. İlk dəfədir ki, kimsə Honkonqdan Bakıya dəfn olunmağa gətirilir. Buna heç kim inanmırdı. Amma çox çətin olsa belə, Bakıya gələ bildik", - deyə bəstəkarın qızı əlavə edib.

Qeyd edək ki, Ruhəngiz Qasımova 82 yaşında Honkonqda vəfat edib. O, Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.
"Anamın son sözü "uşaqlar üçün bozbaş bişirməyi unutma" oldu" - CANANA SÜLEYMANLI"Anamın son sözü "uşaqlar üçün bozbaş bişirməyi unutma" oldu" - CANANA SÜLEYMANLIAYSEL Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 4110   Tarix: 12 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr