Ərdoğan partlayış baş verən mədəndə - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədənə - fövqəladə vəziyyət rayonuna baş çəkib.
Burada qurulan böhran idarəetmə mərkəzində dövlət başçısına partlayışın səbəbləri barədə məlumat verilib.
Bildirilib ki, mədəndə ümumilikdə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Axtarış-xilasetmə işləri nəticəsində 58 nəfər qurtarılıb, 41 nəfər dünyasını dəyişib.
Jurnalistlər qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaşanan insan fəlakətinə görə xalqa başsağlığı verib, yaralılara şəfa diləyib. Prezident əminliklə bildirib ki, dünyasını dəyişən mədənçilərin ailələri dövlətin qayğısında olacaq.
Xəstəxanalara yerləşdirilənlərin müalicəsi davam edir.
Qeyd edək ki, partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır./Axar
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1078 Tarix: 15 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr