Azərbaycan həm Qərb, həm də Şərq üçün mühüm əhəmiyyət kəsb edir

Azərbaycan həm Qərb, həm də Şərq üçün mühüm əhəmiyyət kəsb edirArtıq Azərbaycan həm Qərb, həm də Şərq üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Prezident İlham Əliyevin Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısından sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına qatılması bunu bir daha təsdiqləyir. Ümumiyyətlə, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycan Türk Dövlətləri Təşkilatının da bu istiqamətdə rolunun artırılmasına xüsusi töhfə verir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan müqavilələr və keçirilən bir sıra tədbirlər bu mənada mühüm əhəmiyyət daşıyır. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən Birinci Dövlətlərarası Şuranın iclası da strateji tərəfdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin göstəricisidir. Tərəflər 100 milyon dollarlıq qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaqda maraqlıdır. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması bu baxımdan geniş perspektivlər açır. Azərbaycan etibarlı sərmayə ixracatçısı kimi Qırğızıstan üçün cəlbedici tərəfdaşdır.
Tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında nəqliyyat-tranzit sahəsində əməkdaşlığa da xüsusi önəm verirlər. Xəzərə çıxışı olan, eyni zamanda, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Qırğızıstana Xəzər hövzəsində əhəmiyyətli mərkəzə çevrilən Azərbaycanın tranzit imkanlarından istifadə etmək üçün əlavə şərait yaradır.
Prezident İlham Əliyevin Qırğızıstandan sonra Qazaxıstana səfəri, bu ölkədə keçirilən toplantıda iştirakı Azərbaycanın türkdilli ölkələrin, xalqların birliyinə töhfəsinin davamıdır. Ümumiyyətlə, Azərbaycanın türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində rolu xüsusilə seçilir. Bu gün Türk Dövlətləri Təşkilatının ölkələri arasında sıx və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Bu, yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahələrində deyil, bütün istiqamətlərdə, o cümlədən təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir. Görünən odur ki, Azərbaycanın istər Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində, istərsə də Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti daha da artır. Bu isə Azərbaycanın müasir dövrün reallıqları çərçivəsində Qərblə Şərq arasında körpü statusunun daha da möhkəmlənməsidir.
Bu mötəbər toplantıda ölkə başçısı həm də Azəbaycanın yaşadığı problemlərə toxunub. Vurğulanıb ki, bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı ərazilərimizə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Hazırda mina problemi işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə ciddi şəkildə mane olur.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1231   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr