Makronun ittihamları Azərbaycan-Fransa əlaqələrinə son qoyur? - AÇIQLAMA

Makronun ittihamları Azərbaycan-Fransa əlaqələrinə son qoyur? - AÇIQLAMAPrezident İlham Əliyev ötən gün Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makronun mövqeyini sərt şəkildə tənqid edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən təxminən bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Belə ki, Makron Azərbaycanın dəhşətli müharibə törətdiyini iddia edib. O cümlədən, Rusiyanın Azərbaycan oyununu oynadığını, lakin Fransanın heç vaxt Ermənistanı atmayacağını da vurğulayıb. İlham Əliyev isə bu qərəzli çıxışlara cavab olaraq qeyd edib ki, bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynaması mümkün deyil.

Sonxeber.az xəbər verir ki, mövzu barədə Oxu.Az-a açıqlama verən politoloq Samir Hümbətov diqqətə çatdırıb ki, Fransa daim erməniərəst mövqedən çıxış edib, hətta Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımağa da cəhd göstərib:

"Son 30 il ərzində prosesə Fransa ikili standartlarla yanaşıb. Hətta Ermənistanın tanımadığı bir qurumu, Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımaq niyyətində idi. Yəni Fransa Azərbaycana qarşı heç də xoş niyyətli olmayıb. Ötən illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Fransanın mövqeyində ancaq ermənipərəstlik görmüşük".

Ekspert hesab edir ki, belə addımların atılmasının səbəbi Fransadakı erməni lobbisinin Fransa hakimiyyətinə bu və ya digər formada təsiretmə imkanın olmasıdır:

"Görünən odur ki, fransız siyasətçilər erməni lobbisinin girovuna çevriliblər, bu təsir nəticəsində Azərbaycanla münasibətlərdə gərginlik davam etdirilir. Biz isə regionda və dünyada sülhün təmin olunması üçün bütün dövlətlərlə, beynəlxalq qurumlarla bərabərhüquqlu münasibətlərimizi davam etdirməyə səy göstəririk".

Bundan sonrakı Azərbaycan-Fransa münasibətlərinə gəldikdə isə politoloq söyləyib ki, Azərbaycan Fransanın bundan sonra atacağı addımlara adekvat cavab verəcək:

"Düşünürəm ki, Fransanın mövqeyində ciddi dəyişiklik olmasa, yəni Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirsə, bu, Azərbaycanın ciddi reaksiyasına səbəb olacaq. Amma indiki halda düşünmürəm ki, rəsmi Bakı tam şəkildə Fransa ilə əlaqələri kəssin və ya problemi başqa formaya keçirsin. Çünki Fransa Avropa İttifaqının əsas lokomotivlərindən hesab olunur, Avropa Şurasının üzvüdür, bir sıra təşkilatlarda Azərbaycanla birgə fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq Azərbaycanın Fransayla əlaqələri kəsməsi indiki mərhələdə inandırıcı görünmür. Azərbaycanın burada əsas marağı Qarabağ məsələsinin tam şəkildə həll edilməsi, Ermənistanın ərazi bütövlüyümüzü tanıması, irəli sürülən şərtlərin Ermənistan tərəfindən tam şəkildə yerinə yetirilməsinin təmin edilməsidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1248   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr