Fransa prezidentinin Ermənistan sevgisi

Fransa prezidentinin Ermənistan sevgisiBu il oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək beynəlxalq arenada Azərbaycan həqiqətlərini iştirakçı dövlətlərin başçılarının nəzərinə çatdırdı. Dövlət başçısının bu çıxışı sözün həqiqi mənasında bütün dünyaya Azərbaycanın qalibiyyətin inifadəsi kimi qiymətləndirilməlidir.
Özçıxışındaoktyabrın 6-da PraqadaFransaPrezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş barədə məlumat verən ölkə başçısı uzun müddətdir ki, ATƏT-in Minsk qrupunda üzv olan və bölgədə sülhə nail olmaq əvəzinə daha çox təxribatçılıqla məşğul olan, təcavüzkara hər zaman haqq qazandıran və onu açıq-aşkar dəstəkləyən Fransanın və onun prezidentinin fəaliyyətinə də toxunmuşdur.
Qeyd etmək lazımdır ki, son 30 ildə təcavüzkar Ermənistanın havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə bu ölkə rəsmilərinin sərgilədikləri birtərəfli mövqe, hazırda isə E.Makronun murdar ənənəni daha eybəcər və çılpaq formada davam etdirməsi belə qənaətə gəlməyə tam əsas verir və Fransanın iç üzünü bir daha göstərir. E.Makron əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq. "Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq".
E.Makron öz sələflərinin yolunu davam etdirərək Ermənistanı hər vəchlə dəstəkləməyi özünə borc sanır. Ortada başqa səbəblər var. Söhbət seçkilərdə Fransadakı güclü maliyyə imkanlarına malik böyük erməni icmasının dəstəyini qazanmaq istəyindən və digər maraqlardan gedir. Bu gün Fransada 700 mindən çox erməni yaşayır. Bildirilir ki, burada ermənilər özlərini Ermənistandakından daha rahat hiss edirlər. Onların ana dilində təhsil almalarına, öz dillərində qəzet-jurnal buraxmalarına, təşkilatlanmalarına, Ermənistana dəstək fondları yaratmalarına, biznes fəali¬yyətlərinə "yaşıl işıq" yandırılır. Bunun da səbəbləri bəllidir: Fransanın erməni əsilli vətəndaşlarının səsini almaq, lobbinin maliyyə imkanlarından bəhrələnmək.
Qərəzçilik Fransa prezidentinin "Rusiya Azərbaycan tərəfindən çıxış edir, Ermənistanı zəiflətməyə çalışır" səslənməsində də özünü açıq-aydın büruzə verir. Emmanuel Makron Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca sentyabr ayında baş verən hərbi toqquşmalardan bəhs edərək hadisələri Rusiyanın "Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq səyləri çərçivəsində törədilən məqsədli təxribat" kimi dəyərləndirib. Yəqin ki, E.Makron da gözəl bilir ki, bu gün kasıb, resursları olmayan, dalan ölkə sayılan Ermənistan ayaqda qalmağına görə məhz Rusiyaya borcludur. Rusiya Ermənistana böyük həcmlərdə investisiya yatırıb. Forpost dövlətin bir sıra strateji əhmiyyətli infrastruktur obyektlərinin idarəçiliyi, enerji məhsulları ilə təminatı birbaşa Rusiyaya bağlıdır. Digər tərəfdən, imkanları məhdud olan Ermənistan Türkiyə və İranla olan sərhədlərinin qorunmasını da Rusiyaya həvalə edib. Bütün bunların fonunda Fransa kimi bir dövlətin rəhbəri heç bir əsası olmayan iddialar səsləndirir.
Sərhəddə baş verənlərin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın özgə ərazilərini zəbt etmək kimi bir niyyəti yoxdur, ancaq öz torpaqlarını qorumağa, düşmənin təxribatlarına cavab verməyə də qadir dövlətdir. Təxribatlara əl atan tərəf isə məhz 44 günlük müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən Ermənistandır. E.Makronun günahkarın ünvanını gizlətməyə çalışması, burada digər bir dövlətin təxribat izini axtarması elə izləri məqsədli şəkildə qarışdırmaq və beləliklə də, təcavüzkarı növbəti dəfə müdafiə etmək cəhdi kimi dəyərləndirilməlidir.
Ölkə başçısı Astana görüşündə bəyan edib ki, Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir. Azərbaycan öz daxili məsələləri heç bir tərəflə müzakirə etməyəcəkdir.

Təranə Zeynalova – BDU-nin dosenti, tarix elmləri doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1448   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr