Xarici şirkətlər Zəngilanın bərpasında iştirak edir
Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəbə və 83 kəndi düşmən taptağı altına düşdü. İşğal nəticəsində Zəngilan rayonunun 45 mindən çox əhalisi respublikanın 43 rayonunda məcburu köçkün olaraq müvəqqəti məskunlaşdılar, rayondakı dövlətə və əhaliyə məxsus olan əmlaklar talan edildi, bütün tikililər, evlər və s. sökülərək Ermənistana və İrana daşındı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu düşmən üzərində qələbələri sıraladı. 44 gün ərzində əsgərlərimiz hər gün irəlilədi, torpaqlarımızı düşmən taptağından azad etdi. Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. 2020-ci il oktyabrın 18-də ordumuz Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı və 3 gündən sonra, Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.
Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun qəsəbə və kəndləri işğaldan azad edildi, ən əsası isə işğal altında qalmış 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Zəngilan azad ediəndən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev 5 dəfə səfər edib. Səfərlər onu göstərdi ki, Zəngilan rayonuna Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır.
Bu gün işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın Ağalı kəndi olmuşdur. Bu kənd "ağıllı" kənd pilot layihəsi çərçivəsində yenidən qurulmuş və bu ilin may ayında məcburu köçkünlərin birinci qrupu burada tikilən 200 fərdi evə köçmüşlər. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub.
Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcəkdir. Rayon ərazisində bərpa işləri çərçivəsində ümumi uzunluğu 124 kilometr olan 6 zolaqlı strateji əhəmiyyətli Zəngilan-Horadiz avtomobil yolunun tikintisi davam edir. Zəngilanda inşa olunan hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaqdır.
Mais Əmrahov – ADPU-nin professoru, tarix elmləri doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb