Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılacaq - FOTO
18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılacaq.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli deyib.
O bildirib ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında nəhəng bayraq dirəyindən asılacaq. Azərbaycan bayrağı 10 gün ərzində burada dalğalanacaq.
Assosiasiya sədri əlavə edib ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli dövlət bayrağımız Nyu-York səmalarını bəzəyib.
Qeyd edək ki, "Bowling Green" Nyu-Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1158 Tarix: 18 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr