İlham Əliyev və Ərdoğan Zəngilan hava limanının açılışını edəcəklər
Əsası 2021-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan Zəngilan Hava Limanı il yarımdan sonra ən yüksək beynəlxalq standartlara uyğun təyyarələri qəbul etməyə başlayıb. Ölkənin ən böyük sərnişin təyyarəsi ilə hava limanına ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.
Sonxeber.az Haberglobala-a istinadən xəbər verir ki, hava limanı sabah Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi mərasimlə istifadəyə veriləcək.
Hava limanının platforması 8 təyyarəni qəbul etmək üçün nəzərdə tutulub. Hava limanının tikintisində türk şirkətləri də iştirak edib.
Azərbaycanın Baş Naziri Əli Əsədovun oktyabrın 14-də imzaladığı sərəncamla Zəngilan Hava Limanına "beynəlxalq hava limanı" statusunun verilməsi və bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat göndərilməsi qərara alınıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hava limanını ZZE kodu ilə beynəlxalq hava limanları siyahısına daxil edib.
Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda Füzuli hava limanı da fəaliyyətini davam etdirir. Azərbaycan hökuməti Laçında da hava limanı tikməyi planlaşdırır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Bakıda musiqiçini maşın vurub öldürdü
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
İstiyə görə Eyfelin hündürlüyü artdı