Azərbaycan XİN-ə yeni sözçü təyin olunub - FOTO
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əmri ilə Ayxan Elxan oğlu Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
BAKU.WS xəbər verir ki, Ayxan Hacızadə 1981-ci ildə anadan olub.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.
2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb. 2022-ci ilin iyul ayından etibarən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.
Ailəlidir, üç övladı var.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Bakıda musiqiçini maşın vurub öldürdü
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
İstiyə görə Eyfelin hündürlüyü artdı