"Bizə deyirlər niyə onlara dron satırsız?" - Xamenei
İranın ali dini lideri Seyid Əli Xamenei Rusiyaya dron satdığını etiraf edib.
Sonxeber.az xəbər verir ki, dini liderin öz Twitter hesabında yazdıqları gündəm olub.
"Bir neçə il öncə müasir raket və dron təchizatlarımızın fotoları yayılanda dedilər ki, fotoşopdur. İndi deyirlər ki, İran dronları çox təhlükəlidir. Deyirlər niyə onlara dron satırsız? Bu, iranlı istedadların bacarığıdır. Onlar ölkəmizə şərəf gətirdilər".
Xameneinin bu sözləri İranın Rusiyaya dron satdığının etirafı kimi qiymətləndirilib.
O həmçinin iranlı elm adamlarının fəaliyyətini də yüksək qiymətləndirib.
"Elm adamlarımız dünyanın diqqətini çəkən vəzifələr yerinə yetirdilər: kök hüceyrələr və heyvan klonlaşdırılması, kosmosa peyk göndərilməsi, insanabənzər robotlar, nüvə texnologiyası, qabaqcıl raketlər və dronların yaradılması, peyvəndlərin, xüsusilə də COVİD vaksinlərinin yaradılması" ,- deyə dini lider əlavə edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 8561 Tarix: 20 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr