Hansı deputat nazirdən Dədə Süleymana Xalq artisti adının verilməməsini xahiş edib? - "Dedi ki..."
Xəbər verdiyimiz kimi, Dədə Süleyman kimi tanınan Əməkdar artist Süleyman Abdullayev bu gün vəfat edib. Şəkər xəstəliyindən əziyyət çəkən və ayaq barmaqları amputasiya olunmuş sənətçi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Bəs 83 yaşında vəfat edən Dədəd Süleymana indiyədək Xalq artisti fəxri adı niyə verilməyib.
Süleyman Abdullayev bununla bağlı bir neçə il əvvəl müsahibəsində danışıb. Sənətçi bildirib ki, deputatlardan biri illər əvvəl həmin vaxt mədəniyyət naziri olan Əbülfəs Qarayevdən ona Xalq artisti adının verilməməsini xahiş edib:
"Muğam Mərkəzində tədbirdə idim. Gördüm, nazir orda durub, yanında da bir deputat. Deputatın adını deməyəcəm. Gedib görüşdüm. Deputat məni görən kimi nazirə dedi ki, Əbülfəz müəllim, səndən bir xahiş etsəm olar? O da dedi, deputatsan, niyə olmur? Fikirləşdim, indi deyəcək ki, niyə Süleymana Xalq artisti adını vermirsən? Qayıtdı ki, birdən buna Xalq artisti adı verərsiniz, qəti verməyin? Nazir də soruşdu ki, niyə? Dedi, aşıqlar içində dədə çoxdu, xanəndəlikdə yoxdu. Bu kişi onu qazanıb, ancaq özü bilmir. Dədəlik Xalq artisti adından min dəfə yaxşıdı. Kişini korlayarsınız (gülür). Dedim, hə sağ ol (gülür). Bax, belə-belə şeylərə görə mənə Xalq artisti adını vermirlər (gülür)".
Süleyman Abdullayev heç vaxt bu adı istəmədiyini bildirib: "Məni həmişə xalq saxlayıb. Bu evi mənə dostum tikib. Toylarını oxumuşam, xeyir işlərinə gedib-gəlmişəm".
Mərhum sənətçi Əməkdar artist adını almasından da danışıb: "Onu da Zeynəb Xanlarovanın təkidi ilə verdilər. Milli Məclisdə deyib ki, ona-buna ad verirsiniz, Süleymana ad vermirsiniz. Seyidin iki sevimli tələbəsi vardı, biri məndim, biri də Süleyman. Bu sözündən sonra verdilər"./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqustZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyul"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyulFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabr