Yemək üstündə qardaşını öldürdü, ona ox atanı komandir təyin etdi – Çingizxanla bağlı MARAQLI FAKTLAR

Yemək üstündə qardaşını öldürdü, ona ox atanı komandir təyin etdi – Çingizxanla bağlı MARAQLI FAKTLARBu dəfə dünyanın ən böyük sərkərdələrindən biri sayılan Çingizxan haqqında danışacağıq. O, 1162-ci ildə Onon çayının sahilində doğulub. Onun adı "dəmir" və ya "dəmirçi" mənasını verən Timuçin idi. Çingizin cəmi 9 yaşı olanda atası rəqib tatar tayfası tərəfindən zəhərlənib. Öz tayfası ailəsini sürgünə göndərdiyi üçün anası 7 uşağını tək böyütməli olub.
Publika.az dünyanın ən böyük sərkərdələrindən biri olan Çingizxan haqqında bilinməyən məlumatları təqdim edir.
Balaca Timuçin uşaq ikən həyatda qalmaq üçün ovla məşğul olmağa başlayıb. Hətta o ,nahar üstündə yaranan bir mübahisədə öz qardaşını öldürüb. Gənc vaxtlarında rəqib tayfalar tərəfindən özü və xanımı qaçırılır, bir müddət qul kimi yaşayır. Bütün bu çətinliklərə baxmayaraq o, 20 yaşında güclü sərkərdə kimi tanınmağa başlayır.
"Çöl kralı" dünya tarixində iz qoymuş şəxs olsa da, onun fiziki xüsusiyyətləri haqqında elə də çox şey məlum deyil. Təəssüf ki, Timuçinin dövründən heç bir heykəltəraşlıq və rəsm əsəri qalmayıb. Bir çox mənbələrdə o, hündürboylu, güclü, gur saqqallı, uzunsaçlı biri kimi təsvir edilir.
Çingizxan qəbilə və tayfaya önəm verən biri deyildi. O, istedadlı insanları sinfinə, əcdadlarına və hətta keçmiş sədaqətinə görə mühakimə etmədən ucaltmağı ilə tanınırdı. Bunun ən gözəl nümunələrindən biri 1201-ci ildə baş verib. Taycut qəbiləsi ilə müharibə zamanı atına atılan oxdan az qala həyatını itirəcək Timuçin müharibə bitdikdən sonra Taycut əsirlərinin yanına gedib həmin oxu kimin atdığını soruşur. Bir əsgər cəsarətlə qabağa çıxıb oxu özü atdığını deyir. Əsgərin şücaətinə heyran olan Çingizxan bu əsgəri öz ordusuna komandir təyin edir və ona ox mənasını verən "Cebe" adını verərək şərəfləndirir.
Çingizxan yürüşləri zamanı digər krallıqlara monqol hökmranlığını sülh yolu ilə qəbul etmək imkanı təklif edir, lakin müqavimət göstərənlərin heç birinə aman verməzdi. Məsələn, 1219-cu ildə Xarəzm imperiyası monqollarla müqaviləni pozdu. Ortaya çıxan problemi həll etmək üçün Çingiz xan Xarəzm şahına İpək Yolu üzərində mal ticarətinin tənzimlənməsi və nəzarəti ilə bağlı ticarət müqaviləsi təklif etdi. Ancaq qarşı tərəf bu təkliflə saraya gələn elçiləri öldürür.
Bu hərəkətdən sonra Çingizxan bütün ordusunu yığaraq Xarəzm üzərinə hücuma keçir. Nəticədə, Xarəzm imperiyası tamamilə dağılır, lakin Çingizxan bununla kifayətlənmir. Döyüş zamanı ona əsgər göndərməyən Tankurt dövlətinə hücum edərək ailəsini qətlə yetirir.
Tarixçilərin əsas müzakirə mövzularından biri də Çingizxanın dövründə monqolların əslində nə qədər adamı öldürməsidir. Bir çox tarixçilər bu rəqəmin 40 milyona yaxın olduğunu bildirirlər. Tarixi qeydlər göstərir ki, Çingiz xanın dövründə Çin əhalisi on milyondan çox itki verib. Onun Xarəzm imperiyasına səfəri zamanı imperiya əhalisinin dörddə üçü həlak olub. Ümumilikdə monqol hücumlarının dünya əhalisinin 11 faizini öldürdüyü hesab edilir. Bu gün eyni nisbətə çatmaq üçün təxminən 770 milyon insanın öldürülməsi lazımdır./Milli


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1410   Tarix: 24 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır

"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir

22 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr