Xanımı Ərdoğan üçün ən çox hansı yeməyi bişirir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı və bu ölkənin birinci xanımı Əminə Ərdoğan ailəsinin yemək mədəniyyətindən danışıb.
Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, "Yüzillik reseptlərlə türk mətbəxi" kitabından bəhs edən xanım Ərdoğan Türkiyənin zəngin mətbəx mədəniyyətinin olduğunu bildirib.
"Mətbəximiz böyük bir xəzinədir, böyük bir zənginlikdir. Ancaq bizim ləziz yeməklərimizi dünyaya tam şəkildə tanıtmaq mümkün deyil. "Yüzillik reseptlərlə türk mətbəxi" bu fikirlərlə doğulub. Bu kitabda mətbəximizin önəmi və əsas personajları işıqlandırılıb", - Türkiyənin birinci xanımı deyib.
Əmin Ərdoğan ailəsinin süfrə ənənələri və mədəniyyəti haqda isə bunları söyləyib:
"Mən Siirtdənəm. Amma İstanbulda doğulub böyümüşəm. Ona görə də İstanbul mətbəxinə daha çox hakiməm. Müxtəlif yerli mətbəxlərdən yeməklər bişiririk. Sevərək yediyimiz ləzzətlər arasında kitel, pərdə plovu, qovurmalı bulqur şorbası (sever basal) var. Süfrəmizdə zeytun yağlı yeməklər də tez-tez olur.
Tayyib bəy Qara dəniz bölgəsindən olduğu üçün bu kulinariya mədəniyyətini də mənimsəmişəm. Mümkün çeşidli ləzzətlərə açığam. Yemək kitablarında və ya qəzetlərdə gördüyüm reseptləri sınayırdım. Hətta heç vaxt unutmadığım lobya tortu reseptim var. Bu tortu yeyən inana bilmir ki, içində un yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3507 Tarix: 24 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəhvənin dərmanlarla birlikdə qəbulunun potensial təhlükələri
Qəhvə bəzi tibbi preparatların təsir mexanizmini dəyişə və birbaşa əks-göstəriş qeyd edilməsə belə, arzuolunmaz reaksiyalara səbəb ola bilər. xəbər verir ki, həkim Nəzifət Urtenova "İzvestiya" nəşrinə müsahibəsində bu kofeinli içkinin hansı dərman qrupları ilə birgə qəbulunun təhlükəli olduğun
8 mayAcqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?
Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın
6 mayUşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?
Müasir uşaqlar elə bir dünyada böyüyür ki, ekranlar artıq oyuncaqlar qədər adi bir şeyə çevrilib. Bəs cizgi filmləri gündəlik vərdiş halını aldıqda uşağın nitqində nə baş verir? Gəlin bu məsələni daha ətraflı araşdıraq. xarici mediaya istinadən xəbər verir ki, iki yaşdan kiçik bir çox uşaq gündə təxminə
8 mayMübahisə yaradan görüntü! Yedikləri şoka saldı - VİDEO
Bir fitness idmançısının gündəlik qidalanma rejimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, fitnesslə məşğul olan şəxs əzələ inkişafını sürətləndirmək məqsədilə hər gün təxminən 500 qram protein qəbul etdiyini bildirib. Onun gündəlik menyusunda yer ala
8 may"Al"la düzələn şəklini paylaşıb zarafat etdi - "Məni yaxşılaşdırıblar"
İtaliyanın Baş naziri Ciorcia Meloni instaqram hesabında süni intellekt vasitəsilə yaradılan saxta fotoları ilə bağlı paylaşım edərək izləyicilərini xəbərdar edib. xarici mediaya istinadən verir ki, Meloni son günlər müxalifləri tərəfindən paylaşılan və həqiqət kimi təqdim edilən süni intellekt məhsul
5 mayPSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
PSJ-nin "Bavariya"nı məğlub edib Çempionlar Liqasının finalına çıxmasına mərc edən şəxs 1,3 milyon dollar qazanıb. PSJ-nin Çempionlar Liqasının yarımfinalında "Bavariya" üzərində qələbə qazanması və finala vəsiqə qazanması mərc edənə böyük qazanc gətirib. PSJ-nin finala çıxmasın
8 may