"Köçürmə əleyhinə papaqlar" interneti FƏTH ETDİ - FOTOLAR
Dərsdə köçürməyin yaxşı olmadığı məlum olsa da, "bacarana halaldı" deyənlər də var. Bununla mübarizədə müxtəlif üsullardan istifadə olunur, ən yaxşı yol isə müəllimin ayıq-sayıqlığıdır.
BiG.AZ xarici mətbuata istinadən oxuculara Fillipinin Leqaspi şəhərindəki kolleclərdən birində tətbiq olunan kreativ üsuldan danışmaq istəyir.
Belə ki, burada köçürmənin qarşısını almaq üçün tələbələr arasında xüsusi papaqlar dəbdədir. Onların şəkilləri internetdə virus kimi yayılaraq böyük marağa səbəb olub.
Hər şey haradan başlayıb?
Bikol Universitetinin Mühəndislik Kollecinin professoru Meri Coy Mandeyn-Ortis tələbələrdən köçürmənin qarşısını alacaq papaqlarda gəlməyi xahiş edib. O, 2013-cü ildə Taylandın təhsil ocaqlarında istifadə olunan kağız papaqları nəzərdə tutub. Müəllim bu fikri bəyənərək öz kollecində tətbiq etmək qərarına gəlib. Təklif tələbələrin də ürəyincə olub və onlar həvəslə müxtəlif formalı papaqlar hazırlayıblar. Dərsə "Halloween" maskalarında gələnlər də olub.
Müəllim kreativ tələbələrinin fotolarını çəkərək "Facebook"da paylaşdıqdan sonra şəkillər cəmi bir neçə günə minlərlə "like" və yüzlərlə şərh toplayıb, hətta mətbuatda da yayılmağa başlayıb.
Professor Mandeyn-Ortisin sözlərinə görə, "köçürmə əleyhinə papaqlar" tələbələrə imtahanları yaxşı verməyə kömək edib. Birincisi, ciddi nəzarətin olacağını bildikləri üçün onlar imtahana yaxşı hazırlaşıblar. Digər tərəfdən isə, sinif otağındakı pozitiv ab-hava da nəticəyə təsir edib. Görünür, "papaq"lı imtahanlar həmin kollecdə adətə çevriləcək.














Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1465 Tarix: 26 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrRənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrMisirdə 5 min illik sirr açılır
Meretneyt Qədim Misir tarixində ilk qadın firon ola bilər. Onun hökmdar statusuna dair yeni sübutlar Praqadakı Karl Universitetinin misirşünasları və Buxarest Universitetinin rəqəmsal arxeologiya mütəxəssisləri tərəfindən aşkar edilib. bu barədə "ScienceAlert"ə istinadən xəbər verir. Adı "Neyti
23 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabr