Xarici KİV: "Dünyanın ən uzunömürlü insanlarının yaşadığı yer Azərbaycandadır"

Xarici KİV: "Dünyanın ən uzunömürlü insanlarının yaşadığı yer Azərbaycandadır"Avropa və ABŞ-ın tanınmış xəbər agentliklərindən olan "Royalsblue.com" Lerikdən rayonundan geniş "Dünyanın ən yaşlı insanlarının yaşadığı kəndin sirri" sərlövhəli məqalə hazırlayaraq, ölkəmizin cənub rayonunu uzunömürlü insanların məkanı baxımından müəmmalı məkan adlandırıb.

Məqalədə Lerik sakinlərinin uzun və sağlam həyatın düsturunu kəşf etdikləri qeyd olunur.

"Dünyada insanların uzunömürlülüyü ilə tanınan bir sıra məkanlar var, lakin bir kənddə (Lerikin Barzavu kəndi-red) Yer kürəsinin ən uzunömürlü insanları yaşayır. Onların sirrini və 100 yaşına necə çatdıqlarını öyrənin", - yazıda qeyd edilir.

Dünyanın yeganə Uzunömürlülük Muzeyi Azərbaycandadır

Mətbu orqan vurğulayıb ki, Yaponiyada Okinava "ölümsüzlər" ləqəbini qazanıb. Digər tərəfdən, İtaliyanın "əbədiyyət kəndi" olan Kampodimele Aralıq dənizi pəhrizinin canlı sübutudur. Eyni zamanda Kaliforniyada Loma Linda təmiz yaşamağın bəhrəsini görən Yeddinci Gün Adventistlərinin icmasıdır.

"Bununla belə, Yer kürəsinin haqqında çox eşitmədiyiniz uzunömürlülük məkanı var və burada dünyanın yeganə Uzunömürlülük Muzeyi yerləşir. Bu, Azərbaycanın cənubunda yerləşən Lerik rayonudur. Cənubi Qafqazın bu ölkəsi Lənkəran və Dağlıq Qarabağ da daxil olmaqla sakinləri ilə tanınan bir neçə bölgənin vətənidir. Amma Lerik yüzyaşlıların ən çox cəmləşdiyi yerdir.

Talış dağlarının buludları üzərində uca olan bu zümrüd diyarda, ilan kimi yolun keçdiyi yerdə insanlar, deyəsən, uzun və sağlam ömrün sirrini kəşf ediblər. 1991-ci ildə tikilmiş və 2010-cu ildə əsaslı təmir edilmiş iki otaqlı Uzunömürlülük Muzeyində rayonun ən yaşlı sakinlərinin həyatını və xatirəsini sənədləşdirən 2 000-dən çox eksponat var".

Qeyd edilir ki, muzeydə həm Azərbaycan, həm də rus dilində yazılmış məktublar, şəxsi əşyalar o qədər köhnədir ki, mürəkkəbləri solmağa başlayıb. 1930-cu illərə aid olan bu şəkilləri fransız fotoqraf Frederik Laşop bağışlayıb.

Azərbaycan muzeyi və rəsmi statistikası "uzun ömür" dedikdə burada 90 yaşdan yuxarı istənilən insan nəzərdə tutulur. 1991-ci ildə 63 min nəfər əhalisi olan Lerikdə yaşı 100-dən çox olan 200-dən çox uzunömürlü qeydiyyatdan keçmişdi.

Lakin qeyd edilir ki, indi bu rəqəmlər fərqlidir: Bu gün 83 800 nəfər yerli əhali arasında 11 nəfərin yaşı 100-dən yuxarıdır.

Vyetnam lideri Şirəli Müslümova "Əziz baba" müraciəti ilə açıqca göndərib

Məqalədə vurğulanır ki, hazırda Lerikin ən yaşlı sakinlərindən biri 105 yaşı olan Raci İbrahimovadır. Bu, yaş baxımından yaxşı rəqəm olsa da, rayonun ən məşhur uzunömürlüsü, 168 yaşına qədər yaşadığı güman edilən çoban Şirəli Müslümovun yaşı ilə müqayisədə azdır:

"Pasportunun sarı vərəqlərində onun 1805-ci ildə doğulduğu, məzar daşında isə 1973-cü ildə vəfat etdiyi göstərilir. Əgər bu doğrudursa, o, indiyə qədər yaşamış ən yaşlı insandır. Təəssüf ki, XIX əsrin əvvəllərində onun doğulduğu Barzavu kimi ucqar kəndlərdə doğum qeydləri nadir idi, buna görə də Şirəli Müslümovun nə vaxt doğulduğu barədə dəqiq məlumat yoxdur".

Ona ad günləri münasibətilə dünyanın hər yerindən göndərilən saysız-hesabsız məktublar Şirəli Müslümovun həqiqətən də ən çox uzunömürlü olmasına heç bir şübhə yeri qoymur:

"Müslümovla yazışanlar arasında Vyetnam kommunistlərinin lideri Xo Şi Min də ona "Əziz baba" sözləri yazılmış açıqca göndərib. Bu uzunömürlülük geninin miras qaldığı görünür. Onun 95 yaşlı qızı Həlimə Qəmbərova "CNN Travel"ə bildirib ki, atası kimi 168 yaşa qədər yaşamasa da, babası kimi 150, ya da bibisi kimi 130 yaşa qədər yaşayacağına ümid edir".

Mətbu orqan qeyd edib ki, soyuq havaların başlaması ilə yüz yaşlı insanların əksəriyyəti Lənkəranın daha mülayim sahil iqliminə köçür, lakin CNN müxbirləri atasının nəhəng alma və armud ağacları ilə əhatə olunmuş ikimərtəbəli evinin yanından keçəndə Həlimə Qəmbərova hələ də Lerik Barzavu kəndində idi.

Pəncərənin yanında əyləşərək şalına bürünmüş halda azacıq ləhcə ilə danışır, tez-tez doğma dilinə, cəmi 200 min insanın danışdığı və UNESCO-nun "həssas" ləhcəsinə daxil olan talış dilinə keçir. Uzunömürlü qadın pasportunu göstərir, orada ay və ya doğum tarixi yox, yalnız il göstərilir: 1924-cü il. O, 95 yaşında ola bilər, amma tam gümrahdır, nəvələri ilə ünsiyyət qurur və yumor hissini nümayiş etdirir. Yaşını soruşduqda o, şən halda "15" cavabını verir".

Planetin ən yaşlı insanları həyat tərzinin sirlərini bölüşürlər

Mətbu orqan qeyd edib ki, H.Qəmbərova günə sübh tezdən başlayır. Bütün günü bağda və ya evin ətrafında işləyir. Onun otağı kiçikdir, yerdə qalın yumşaq xalça və yastıqlar var. Burada bir çoxları döşək əvəzinə yalnız nazik yorğanda, yerdə yatmağa üstünlük verirlər, çünki bunun bel üçün istirahət etməyin ən sağlam üsulu olduğuna inanılır".

Məşhur inancın əksinə olaraq, Lerikin uzunömürlüləri ətlə qidalanırlar. Lakin bununla yanaşı onlar əvvəlki uzunömürlülərdən miras qalmış ənənəyə - kəsmik, yağ, süd və ayran kimi süd məhsullarına da üstünlük verirlər.

Məqalədə vurğulanır ki, Lerikdəki uzunömürlülülüyn sirri düzgün qidalanmada, bulaq suyundan dəmlənən çaya əlavə edilən, xəstəliklərin qarşısını alan otlardadır. Buna görə insanlara dərman qəbul etmək lazım gəlmir, onlar ancaq təbii vasitələrdən yararlanırlar.

Kənd pəncərələrdən sakit görünə bilər. Amma kəndlilərin hər gün gördüyü fiziki iş çox böyükdür. Sübhdən axşama qədər bağlarda, tarlalarda və evin ətrafında işləyirlər. Onlar tikiş tikir, toxuyur, çoxuşaqlı ailələrinə qulluq edirlər.

Uzunömürlülüyün sirləri: - fiziki fəaliyyət, yaxşı qidalanma, bol içki

Cəngəmiran kəndindən olan 103 yaşlı Məmmədxan Abbasovun həyat yolu belə olub. Pəncərə ilə üzbəüz xalçada oturan uzunömürlü, demək olar, görmə qabiliyyətini itirib və oğlunun ona qonaqların gəldiyini dediyini çətinliklə eşidir, amma nəhayət, ona yaxınlaşanda dualar oxumağa, xoş arzular söyləməyə başlayır.

M.Abbasovun yanında onun nəticəsi qalır, onların yaşları arasında bir əsr fərq var. Qəmbərova kimi Abbasov da ömrü boyu məşğul kəndli olub, təxminən 7 il əvvəl görmə qabiliyyəti pisləşənə qədər tarlada işləyib. Yeməyə gəlincə, o, məhdudiyyətlə "Allahın verdiyini" yeyir, heç vaxt spirtli içki qəbul etməyib.

M.Abbasov uzun ömür sürməsini yorğunluq həddində deyil, bədənini hərəkətdə saxlayacaq qədər gündəlik fiziki fəaliyyətlə əlaqələndirir. Yaxşı təsərrüfat məhsulları yeməkdən əlavə, o, uzunömürlülük üçün böyük töhfə verdiyi deyilən minerallarla zəngin buzlu bulaq suyu içib.

Başgicəlləndirici dağ hündürlüyü də uzunömürlülüyə səbəb ola bilər. İspaniyanın Navarra Universitetində 2017-ci ildə aparılan araşdırma nəticəsində məlum olub ki, yüksək hündürlükdə yaşamaq ürək xəstəliyi, insult və diabet riskini azaldır. Kolorado Denver Universitetinin 2011-ci ildə apardığı araşdırma nəticəsində hündür məkanın sakinlərinin daha çox yaşadıqları müəyyən edilib.

Bu görkəmli yüzyaşlıların bəzilərinin yaşı hələ də mübahisəli ola bilər, lakin qeyd edilir ki, onlar uzunömürlülüyün sadə sirri - fiziki fəaliyyət, yaxşı qidalanma, bol içki və həyata münasibətlə uzun ömür sürürlər. "Biz yalnız bir dəfə yaşayırıq, amma hər şeyi düzgün ediriksə, bir dəfə kifayətdir", - mətbu orqan sonda vurğulayıb./Report


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1191   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Misirdə 5 min illik sirr açılır

Meretneyt Qədim Misir tarixində ilk qadın firon ola bilər. Onun hökmdar statusuna dair yeni sübutlar Praqadakı Karl Universitetinin misirşünasları və Buxarest Universitetinin rəqəmsal arxeologiya mütəxəssisləri tərəfindən aşkar edilib. bu barədə "ScienceAlert"ə istinadən xəbər verir. Adı "Neyti

23 sentyabr
.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr