Qumara qurşandı, evini uduzdu – Tolstoy haqqında BİLMƏDİKLƏRİMİZ

Qumara qurşandı, evini uduzdu – Tolstoy haqqında BİLMƏDİKLƏRİMİZRus ədəbiyyatından xəbəri olmayanlar belə ən azı bir dəfə Lev Tolstoy haqqında eşidib. Tam adı Lev Nikolayeviç Tolstoy olan müəllifin ədəbiyyat naminə qoyub getdiyi irs bir çox yazıçılara, ədəbi nəsillərə təsir edib və bu təsir hələ də davam edir. Tolstoy 1828-ci ildə Moskvanın Tula quberniyasında anadan olub. O, Nikolay və şahzadə Mariyanın dördüncü övladıdır. Tolstoy 2 yaşında anasını, 9 yaşında isə atasını itirib. Valideynləri olmadığı üçün uşaqlığı bibilərinin yanında keçib.
Sonxeber.az Publika.az-a istinadla Lev Tolstoy haqqında bilinməyən məlumatları təqdim edir.
Tolstoyun atası Nikolay zadəgan olub, Levin doğulduğu 4 min hektarlıq Yasnaya Polyananın sahibi idi. Varlı bir ailənin övladı olmasına baxmayaraq, Tolstoyun ömrü kiçik xoşbəxtlikdən başqa bir şey deyildi. O, vaxtının çox hissəsini sərbəst, ayaqyalın gəzərək, kəndli həyatını doyunca yaşadığı Yasnaya Polyanada keçirdi.
Kəndə olan sevgisi romanlarındakı bəzi personajlarda da özünü göstərir. "Anna Karenina"dakı Konstantin Levin bu qəbildən olan obrazlardan biridir.
O qədər güclü və enerjili bədən quruluşuna malik idi ki, hətta 60 yaşında da buzlu sularda üzə bilirdi.
Ən çox qorxduğu şeylərdən biri musiqi idi. Hər hansı bir piano səsi və ya başqa bir şey eşidəndə ürkürdü. Musiqi və qadınların onda şəhvət oyatmasından qorxurdu. Hətta qadınlara qarşı kin bəsləyirdi. Çünki qadınların kişilərdəki cəsarət, zəka və ədalət xüsusiyyətlərini oyandırdıqları şəhvətlə kütləşdirdiyini düşünürdü.Qumara qurşandı, evini uduzdu – Tolstoy haqqında BİLMƏDİKLƏRİMİZTolstoyun əl yazısı bərbad idi. Onun əsərləri uzunluğu ilə məşhur olub. Yazıçınən ən məşhur dörd hissəli romanı "Hərb və Sülh" bu "qorxulu uzunluğun" ən bariz nümunələrindən biridir. Pis yazıya gəlincə, o dövrün redaktoru bu dolaşıq, anlaşılmaz yazı ilə çox sıxılmışdı. Bu zaman köməyə gələn onun həyat yoldaşı Sofiya olub. Sofiya yazıçının bir çox məşhur əsərlərini yenidən yazıb redaktora təqdim edib. Məlumdur ki, Tolstoyun ömrünün sonlarına yaxın Sofiya gələcək nəsillərin rifahı üçün ərinin gündəliyini də yenidən işləyib.
Lev Tolstoy sağlığında bir çox məşhur yazıçıları yaxından izləyib. O, öz dövründə yaşamış bir çox yazıçılarla da dostluq edərək onların əsərlərini heyranlıqla oxumuyub. Amma nədənsə onun heç vaxt Uilyam Şekspirə qarşı xoş hissləri olmayıb. Hətta ona qarşı o qədər nifrəti var idi ki, bunu açıq şəkildə söyləyə bilirdi.
O dövrdə kişilərin ən böyük zövqlərindən biri də kartlar idi. Tolstoy da qumar oynamağı çox sevirdi. Bu vəsvəsə ona ağır bədəl ödətdi. Onun ən böyük itkisi Yasnaya Polyanadakı evini uduzması olub. O, həmişə evini geri qaytarmaq istəyib, lakin bu işdə heç vaxt uğur qazana bilməyib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2130   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr