Nə düşündüyünüzə diqqət edin! Artıq düşüncələr oxuna biləcək

Nə düşündüyünüzə diqqət edin! Artıq düşüncələr oxuna biləcəkElm adamları beyni oxuyan və düşüncələri danışığa çevirən cihaz hazırlayıb. Kaliforniya Universitetində araşdırma edən komanda texnologiyanın həyəcanverici olduğunu bildirib.

"Nature" jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, nitq (danışıq) qabiliyyətini itirmiş xəstələr də bu cihazı istifadə edə biləcəklər.

Düşüncə oxuma texnologiyası iki mərhələdə işləyir. İlk mərhələdə beynin dodaqları, dili, qırtlaq və çənəni hərəkət etdirən hissəsinə elektrotlar yerləşdirilir və beynin bu bölgəsindəki elektrik siqnalları aşkar edilir.

Kompüterdə müxtəlif səslər üçün ağız və boğaz hərəkətləri kopyalanır. Nəticədə "virtual audio cihazı"ndan sintetik danışıq eşidilir. Hər bir söz kodunun elektrik siqnalları üçün beyni skan etməyin daha asan olduğunu düşünə bilərsiniz, amma bu təşəbbüslər tam müvəffəqiyyətli olmadı.

Ağız formasına və səslərinə yönələrək alimlər ilkə imza atıb. Uzmanlardan biri professor Edward Chang deyib, "İlk dəfə olaraq bu iş bir insanın beyin fəaliyyətlərinə nəzərən cümlələrlə danışığın önünü açdı. Bu texnologiya sübut edir ki, cihaz nitq qabiliyyətini itirən xəstələr üçün istifadə edilə bilər."

Cihazda olan əskikliklərdən biri danışığın aydın eşidilməməsidir. Beş insanın qoşulduğu təcrübələrdə yüzlərlə cümlə arasından dinləyicilər danışılanların 70%-ni başa düşə bilib.

Qurğu danışıq itirilməsinə yol açan neyron xəstəliyi, beyin hasarları, qırtlaq xərçəngi, iflic, Parkinson xəstəliyi kimi xəstəliklərdə faydalı ola bilər, ancaq texnologiya dodaqların, dilin, qırtlağın və beyin çənəsinin düzgün şəkildə hərəkət etdirilməsi zamanı işləyir. İflic olan bəzi şəxslər bundan istifadə edə bilmir. Chang onu da qeyd edib ki, bu cihaz ünsiyyət qurmayan hər kəs üçün həll yolu deyil. Həkimlər yaxın gələcəkdə heç danışmamış insanların da bu formada cihazla danışmağı öyrənə biləcəyini bildiriblər.

Tərcübəyə qatılanlara özəl ağız hərəkətləri etməmək tapşırılıb. Onlara bəzi cümlələri oxumaqları deyilib.

Bəs özəl düşüncələri başqaları oxuya bilirmi? Hal-hazırda bu çətin görünür. Chang belə cavablayıb, "Biz və digər tədqiqatçılar sadəcə düşüncələri oxumağı yoxladıq, ancaq bu çox çətin prosesdir. Bu səbəbdən də biz insanların nə deməyə çalışdıqlarına diqqət etdik." Bəzi alimlər isə bunun etik davranış olmadığını bildirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1703   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr