"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏ

"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏBu gün "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi "Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film"i geniş ictimaiyyətə təqdim edib. Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 2 aylıq layihə çərçivəsində hazırlanan filmdə Şəhidin həyat yolu təsvir olunub.
Tədbiri giriş sözü ilə açan İMDİB sədri Emil Əkbərov bu kimi filmlərin davamlı oıacağını dedi: Onun sözlərinə görə film Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 2 aylıq layihə çərçivəsində hazırlanıb: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən, torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan Əzəmi Hüseynov təkcə Mingəçevir üçün deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də Əzəmi Hüseynovdur. Daşıdığı adın haqqını verən, Şuşa həsrəti ilə böyüyüb boya başa çatan Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. Əzəminin ailəsi 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni işğalına məruz qalması səbəbindən doğma yurdlarını tərk etməyə məcbur olmuş və Mingəçevirdə məskunlaşmışdır. 2020-ci ilin sentyabrın 27-də Vətən Müharibəsi başladığı gündən Ə.Hüseynov baş çavuş və sanitar təlimatçı kimi ordu sıralarına qoşulub. O, oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ə.Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Fürsətdən istifadə edib Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinə dəstəkdən dolayı təşəkkür edirəm"
Daha sonra çıxış edənlər filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinə və İMDİB-yə təşəkkür etdilər.
Sonda iştirakçılara üzərində filmin loqosu əks olunan disklər paylandı.
Qeyd edək ki, "Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi tərəfindən çəkilən sayca 2-ci sənədli filmidir.

"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏ"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏ"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏ"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏ"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏ"Suqovuşanı canı bahasına azad edən Şəhid Əzəmi Hüseynov haqqında sənədli film" təqdim olundu - MİNGƏÇEVİRDƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1215   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı

Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis

16 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr