"Soçi görüşünü Ermənistanın növbəti diplomatik məğlubiyyəti, Azərbaycanın isə daha bir qələbəsi kimi qiymətləndirmək olar" - DEPUTAT

"Soçi görüşünü Ermənistanın növbəti diplomatik məğlubiyyəti, Azərbaycanın isə daha bir qələbəsi kimi qiymətləndirmək olar" - DEPUTATAzərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə keçirilən görüşündə əsas məsələ 10 noyabr Bəyanatının icrası, erməni silahlılarının Qarabağdan çıxarılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və sülh prosesinin sürətləndirilməsi oldu.

Ümumilikdə görüşün yekunları onu deməyə əsas verir ki, Soçidə də Azərbaycanın mövqeyi dəyişməz olaraq qaldı. Beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi ilə sülhə nail olmaq əsas məsələ kimi qeyd edildi. Ölkə ictimaiyyəti əmin idi ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü, o cümlədən, Qarabağ məsələsində ardıcıl, prinsipial mövqeyə malikdir və ən xırda güzəştə belə getməyəcək. Əksinə, 44 günlük Vətən müharibəsindəki Qələbənin məntiqi davamı olaraq diplomatik hücum siyasətinin sürətini bir qədər artıracaq. Gözləntilər özünü doğrultdu. Hətta Soçi görüşünü Ermənistanın növbəti diplomatik məğlubiyyəti, Azərbaycanın isə daha bir qələbəsi kimi qiymətləndirmək olar.

Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

Onun sözlərinə görə, Soçi bəyanatından da aydın olur ki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb. Ermənilər ümid edirdilər, Nikol Paşinyan isə çox çalışırdı ki, Soçidə Qarabağın dağlıq hissəsinin statusu ilə bağlı hansısa üstünlük əldə etsinlər. Amma bu baş vermədi.

"Prezident İlham Əliyevin "Qarabağ münaqişəsi iki il əvvəl həll olunub. Bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur", deməsi, qarşı tərəfi çıxılmaz vəziyyətə qoydu. Aydındır ki, maraqlı qüvvələr ciddi cəhdlə çalışırlar ki, Qarabağ münaqişəsi həll olunmamış qalsın və hər dəfə bu kartdan istifadə edib Cənubi Qafqazı təsir imkanlarında saxlasınlar, Azərbaycana təzyiq göstərsinlər. Azərbaycan dövlətinin başçısı Soçidə maraqlı tərəflərin bu təsir rıçaqlarını blokladı, Qarabağın Azərbaycan ərazisi olduğunu və bütün məsələlərin ölkə konstitusiyası çərçivəsində həll ediləcəyini bəyan etdi.

Maraqlıdır ki, N.Paşinyanın Soçidə heç bir təklifi nəzərə alınmadı. O, görüşdə bildirib ki, Azərbaycan guya 2021-ci ilin may ayında Ermənistan sərhədini pozub və bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb. Erməni baş nazirin Qarabağdakı Rusiya sülhməramlı missiyasının səlahiyyət müddətinin artırılması, erməni əsirlərin geri qaytarılmasına dair təklifləri də qulaqardı edilib. Hətta Qarabağdakı ermənilərin oktyabrın 30-da Xankəndidə keçirdiyi "izdihamlı mitinq"in də Soçidəki danışıqlara təsiri olmadı. Yayılan məlumatlara görə, heç bir təklifinin keçmədiyini görən Paşinyan Soçidə görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Amma alınmayıb. Necə deyərlər, Paşinyan Rusiyadan Ermənistana suyu süzülə-süzülə, əlləri ətəklərindən uzun halda qayıtdı", - deyə İltizam Yusifov vurğulayıb.

O qeyd edib ki, təbii olaraq indiki məqamda Azərbaycanın əsas məqsədi Ermənistanı sülhə məcbur etmək, sərhəd xətlərini müəyyənləşdirməkdir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi də əsas hədəflərimizdəndir. Prinsipcə, Ermənistan Naxçıvana Azərbaycanın Qərb rayonlarından kommunikasiya xətlərinin çəkilməsinə etiraz etmir və hətta müəyyən yol xəritələri də təklif edib. Ermənistanın təklif etdiyi yol xəritələri Azərbaycan üçün əlverişli və təhlükəsiz sayıla bilməz. Əminik ki, Paşinyanın nə deməsindən asılı olmayaraq, Ermənistan gec-tez Zəngəzur dəhlizinin çəkilməsilə razılaşacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir beynəlxalq yol olacaq. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin bərpası bölgədə sabitliyin qarantıdır.

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Dövlətimizin başçısının layihə ilə bağlı gördüyü işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu mühüm kommunikasiyanın nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcəyinə əminlik yaradır", - deyə deputat əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1074   Tarix: 01 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı

Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis

16 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr