Körpənin saçını qırxmaq olar?
Körpələr bir qədər böyüyəndən sonra saçlarını dibdən qırxmaq ənənəsi var. Bu ənənə uzun illərdir ki, yaşayır. Bu, həm də dibdən kəsiləndən sonra tüklərin daha canlı olacağı, daha çox uzanacağı mənasına gəlir. Mütəxəssislər isə hesab edir ki, bu, düzgün yanaşma deyil və elmi-tibbi baxımdan izahı yoxdur.
Lent.az xəbər verir ki, "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı məlumatı təqdim edir:
Sağlamlıq baxımından, körpənin saçını qırxmağa ehtiyac yoxdur. Saçın qırxılması saçın tez uzanmasına, gur olmasına təsir etmir. El arasında belə bir inanc olsa da, əslində elmi olaraq bu, sübut olunmayıb. Çünki saç folikulu (saçın kökünü əhatə edən quruluş) körpə ana bətnində olarkən formalaşmış olur.
Əgər saç çox uzun olarsa və hansısa formada uşağa mane olursa, o zaman 7 həftədən sonra qayçı ilə saçı qısaltmaq olar (saç dibdən qırxılmamalıdır).
Ülgüc yaxud saçkəsən aparatdan istifadə tövsiyə olunmur, çünki uşağın həssas dərisinə zərər verə bilər. İstifadə olunan qayçının isə ucları iti olmamalı və saç ehtiyatla kəsilməlidir.
Tövsiyə olunur ki, uşağın qorxmaması üçün ilk saç kəsimi ev şəraitində olsun.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2716 Tarix: 03 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabr