Modanın TARİXİ: İlk qısa ətək, matəmin ağ rəngi...

Modanın TARİXİ: İlk qısa ətək, matəmin ağ rəngi...Moda haqqında hər şeyi bildiyinizi düşünürsünüzsə, yanılırsınız. Moda bəşəriyyət ilə eyni vaxtda inkişaf edən uzun bir tarixə malikdir. Narahat olmayın, bu gün tarixdən yox, məhz dəbdən danışacağıq. Bu yazımızı oxuyanda həm təəccüblənəcəksiniz, həm də əylənəcəksiniz.

Lent.az moda və geyim tarixi ilə əlaqəli maraqlı faktları təqdim edir.

Qadınlar üçün istehsal olunan ilk geyim

Qadınlar üçün istehsal edilən ilk geyim növü xələt olub. Daha sonra isə bir az fərqli formada olan ətəklər yaranıb. Zaman keçdikcə həmin ətəklər indiki modelinə uyğun olaraq dəyişdirilib.

Qısa saç

Saçınızı kəsdirməyi düşünürsünüz? Bu əla fikirdir, belə həm seksi görünəcəksiniz, həm də saç baxımı üçün çox narahat olmayacaqsınız. Amma 100 il əvvəl Amerikada küçədə qısa saçlı qadın görənlər, həmin an ondan qaçardılar. Çünki o vaxtlar ərini aldadan qadınların saçı qısa formada kəsilirdi və bu onlara verilən ən yüngül cəza idi. Qısa saçlı qadınların həyatı isə həqiqətən ağır keçirdi.
Modanın TARİXİ: İlk qısa ətək, matəmin ağ rəngi...Qadınlar üçün ilk kostyum

İlk qadın kostyumu 1923-cü ildə "Coco Chanel" tərəfindən istehsal edilib. Sözügedən geyim qızıl düyməli yun pencək, dizə qədər ətək və iri dənəli mirvari boyunbağıdan ibarət idi.

Kapron corablar

Kapron corabların istehsalı Birinci Dünya Müharibəsi zamanı dayandırılmışdı. Çünki mövcud olan bütün kapronlar paraşütlərin hazırlanmasında istifadə olunurdu. Kapronlar qadınların daha zərif və incə görünməyinə şərait yaradırdı. Həmin dövrdə onun satışının dayandırılması xanımları bir qədər kədərləndirmişdi. Daha sonra isə qadınlar ayaqlarına içində pudra hissəcikləri olan məhlul çəkməyə başladılar. Məhlul quruduqdan sonra ayaqlarının arxa hissəsinə göz layneri ilə incə bir xətt çəkirdilər. Buna zarafatla "maye corab" deyirdilər.

"New look" nədir?

Çiyinləri və aşağı hissələri geniş, beli isə nazik olan paltolar "New look" adlanır. Amma "New look" əslində o qədər də yeni sayılmır. Dünya onu ilk dəfə 1947-ci ildə Kristian Diorun yaz-yay kolleksiyasında görüb.

İlk büstqalter

İlk büstqalter 1914-cü ildə Nyu Yorklu gözəl Meri Felps tərəfindən icad edilərək istifadə edilib.

Modanın TARİXİ: İlk qısa ətək, matəmin ağ rəngi...Kiçik qara don

"Coco Chanel"in modaya bəxş etdiyi terminlərdən biri də "LBD" və ya "Little Black Dress"dir. Hər qarderobun vazgeçilməzi sayılan kiçik sadə qara don...

"Coco Chanel" hər bir qadının qarderobunda sadə kəsimli və göstərişsiz qara paltarın olması lazım olduğunu qeyd edib. Dəbli ayaqqabı, şərflə və ya sadə mirvari boyunbağı ilə bu qara paltar çətin günlərin xilaskarıdır.

Qısa ətəklər

Avtomobilin ixtirası modaya da təsir etmişdi. 18-ci əsrin sonlarında həmişəkindən daha qısa ətəklər geyilməyə başladı. Belə ki, bunun əsas səbəbi qadınların maşına minib-düşməkdə çətinlik çəkməsi idi.

Modanın TARİXİ: İlk qısa ətək, matəmin ağ rəngi...Məcburi şapka

Kraliça I Yelizaveta şapkaları çox sevirdi. Ona görə də bütün qadınları, hətta 7 yaşından yuxarı qızları belə bazar və bayram günlərində şapka taxması haqda qanun qəbul etdi.

İlk ağ gəlinlik

Qadınların ağ gəlinlik geyinməsi də bu yaxınlarda baş verib. Keçmişdə ağ rəng həmişə matəmlə əlaqələndirilirdi. Amma 19-cu əsrdə kraliça Viktoriya ani bir qərarla ağ gəlinlik geyinmək qərarına gəldi. Elə bu hadisədən sonra qara gəlinlik tarixə qovuşdu.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2184   Tarix: 03 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Misirdə 5 min illik sirr açılır

Meretneyt Qədim Misir tarixində ilk qadın firon ola bilər. Onun hökmdar statusuna dair yeni sübutlar Praqadakı Karl Universitetinin misirşünasları və Buxarest Universitetinin rəqəmsal arxeologiya mütəxəssisləri tərəfindən aşkar edilib. bu barədə "ScienceAlert"ə istinadən xəbər verir. Adı "Neyti

23 sentyabr
.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr