17 yaşlı məktəblilər aşağı qiymət yazan müəllimlərini döyərək öldürdülər - FOTOLAR
ABŞ-da iki yeniyetmə müəllimlərini öldürməkdə günahlandırılır.
BiG.AZ xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, Ayova ştatının Ferfild şəhərində 17 yaşlı məktəblilər Uillard Miller və 17 yaşlı Ceremi Qudeyl onlara ispan dilini tədris edən 66 yaşlı Nohema Qraberi beysbol çubuğu ilə döyərək öldürməkdə günahlandırılıblar.
Araşdırmalardan sonra məlum olub ki, qətl günü Miller aldığı aşağı qiymətə görə müəllimin kabinetinə gedib və onunla mübahisə edib. Daha sonra Qraber, adətən dərsdən sonra gəzdiyi parka gedib. Ertəsi gün qadının meyiti həmin parkda tapılıb.
Daha sonra, Qudeyl messencerdə tanışı ilə yazışarkən müəllimini öldürməklə öyünüb. Yeniyetmənin tanışı dərhal polisə xəbər verib və yazışmaları təqdim edib. Dindirmələr zamanı Miller əvvəlcə qətldə iştirakını inkar etsə də, sonradan hər şeydən xəbərdar olduğunu, lakin heç bir günahı olmadığını bildirib. Buna baxmayaraq, cinayət yeri yaxınlığında yeniyetmələri görən şahidlər olub. Bundan əlavə, Miller müəllimin fənni tədris etmə tərzini bəyənmədiyini və aşağı qiymət aldığını bildirib.
Miller üçün məhkəmə 20 mart 2023-cü ilə, Qudeyl üçün isə 5 dekabr 2022-ci ilə təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1948 Tarix: 04 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi
Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə
16 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrLerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu
Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm
16 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabr