"Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün biz birik, vahidik və qalibik" - DEPUTAT

"Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün biz birik, vahidik və qalibik" - DEPUTAT"Vətən müharibəsində Azərbaycanın zəfəri siyasi-hüquqi nəticələrinə görə həm regional, həm də qlobal miqyaslı hadisədir. Ölkəmiz Ermənistanı və şər blokunu məğlub etməklə ilk növbədə beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin, eyni zamanda BMT Nizamnaməsi ilə təşkilatın üzvləri qarşısında qoyulmuş imperativ tələblərin işğal formasında ehtiva olunan kobud pozuntusunu aradan qaldırdı. Digər tərəfdən, işğala son qoymaqla Azərbaycan qlobal problem olan təcavüz aktına, eləcə də davam edən müharibə cinayətlərinə son qoyulmaqla bəşəri dəyərlər uğrunda yüksək iradə nümayiş etdirdi. Habelə, Azərbaycanın zəfəri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələri başda olmaqla həllini gözləyən çoxsaylı hüquqi aktların icrası baxımından həm də beynəlxalq hüququn aliliyini təmin etmiş oldu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, qələbəmiz başqa reallıqları, o cümlədən cənub qonşumuz olan molla rejiminin əsl simasını da üzə çıxardı.

"Baxmayaraq ki, Azərbaycan tarixin heç bir dövründə heç bir qonşusuna münasibətdə riyakar siyasət yürütməyib, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə, ələxsus da qonşularımızla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı ali niyyət kimi bəyan etmişik. Amma Birinci Qarabağ və Vətən müharibələrində molla rejimi bu gün də bütün imkanları ilə Ermənistanın yanında yer alaraq regional sülh perspektivlərinə təhdid törətməkdədir. Bu, bizdə təəssüf doğursa da narahat etmir. Çünki biz qalib ölkəyik, müzəffər dövlət kimi də davranmalıyıq. Sadəcə bir reallığı hamı dönə-dönə bilməlidir ki, bu gün heç bir dövlətin başçısı qalib azərbaycanlı üçün nə dini, nə mənəvi lider ola bilməz. Bu gün 50 milyonluq dünya Azərbaycanlılarının istər mənəvi istər siyasi baxımından bir lideri var o da İlham Əliyev.
Bilirsiniz, Konstitusiyanın 52-53-cü maddələrinin məzmununa əsasən, Azərbaycan Respublikası harada hansı müddətə yaşamasından asılı olmayaraq öz vətəndaşlarına hamilik edir. Prezident İlham Əliyevin müzəffər ali baş komandanlığı ilə Vətən müharibəsində Azərbaycanın zəfərindən sonra dövlətimiz elə bir qüdrətli çağına yetişib ki, artıq Azərbaycan Respublikası yalnız vətəndaşlarının yox, vətəndaşlığından asılı olmayaraq bütün dünya Azərbaycanlılarının hamisinə çevrilib.
Bu bizim zəfərimizin ən ciddi mənəvi-siyasi nəticələrindən biridir. Bu gün öz daxilimizdə hansısa məişət sosial problemlər fonunda zəfərimizə, birliyimizə kölgə salmaq istəyənlər Azərbaycanın son 30 ildə hardan haraya yol qət etdiyini unutmamalıdır.
Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün biz birik, vahidik, qalibik və gələcəyə inkişafa, tərəqqiyə yol xəritəmiz aydındır".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 950   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm

16 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16 oktyabr