Siyavuş Novruzov: "Tələbənin kəsrə görə pul ödəməsi rüşvətin rəsmiləşmiş formasıdır"
"Zərurət olanların köçürülməsinin qarşısını almaq olmaz. Məsələn, Naxçıvanda yaşayan əhalinin belə problemləri olur".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, köçürmələrlə bağlı problemlər burada səsləndirildi: "Hamımıza aydındır ki, əvvəllər Dağıstandan, Gürcüstandan köçürmələr çox idi. Bunun nə məqsədlə olduğunu bilirik".
Siyavuş Novruzov qiyabi və axşam təhsili məsələsinin bərpasına ehtiyac olduğunu bildirib: "Axşam təhsili olsa, tələbələr həm işləyib, həm təhsil ala bilərlər. Tələblər üçün kampuslar yoxdur. Tələbələr məcbur olub kirayədə qalırlar. Bir çox universitetlər kəsrləri pulluya keçirib. Bu, elə rüşvətin rəsmiləşmiş formasıdır. Əvvəllər müəllim pul alıb qiymət yazırdı. İndi kəsrə görə pul verilir, dərsdə oturur. Tələbə onsuz da təhsil haqqı ödəyir. Valideyn də verdiyi pulun hesabatını istəyəndə ona cavab verilmir. Əgər bir tələbənin altı kəsri varsa, elə təhsil haqqının yarısı miqdarında kəsrə pul ödəməli olur. Digər tərəfdən, tələbə təqaüdləri artırılmalıdır və minimum yaşayış həddinə çatdırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1224 Tarix: 05 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi
Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə
16 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrLerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu
Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm
16 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabr