Şahid Zeynəb Xanlarovanın vəzifəli qohumuna 12 min manat rüşvət verdiyini deyib - Səlim Müslümovun məhkəməsi

Şahid Zeynəb Xanlarovanın vəzifəli qohumuna 12 min manat rüşvət verdiyini deyib - Səlim Müslümovun məhkəməsiBakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Lənkəranda su idarəsində mühəndis işləyən şahid Tağı Talıbov Farağat adlı tanışı tərəfindən adına şirkət açıldığını deyib: "Şirkəti Farağat işlədib. Mənə dedi ki, narahat olma, heç bir problem olmayacaq. Neçə ev tikilib, bundan da xəbərim yoxdur. Adıma açılan şirkətə "Ərizə-5" adı verilib".

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin audit sektorunda baş məsləhətçi vəzifəsində işləmiş Elxan Səlimov da şahid qismində ifadə verib. O, hər gün müəssisələrdə yoxlamalar apararaq rüşvət aldığını, rəhbəri olan Fuad Əlizadəyə verdiyini bildirib: "2014-cü ildə Bakı şəhəri üzrə müəssisələrdə yoxlamalar apararaq hüquqi şəxslərin işçilərə verilən əmək haqqı məbləğinin düzgünlüyü, onlarla bağlanan müqavilələrin qanunvericiliyin tələblərinə uyğunluğu zamanı bir sıra nöqsanlar aşkar edirdik və onlardan şirinlik alırdıq. Yığılan pulları isə 2005-2014-cü illərdə audit şöbəsinin rəhbəri olan, 2014-2018-ci illərdə isə Dövlət Əmək Müfəttişliyinin rəisi işləmiş Fuad Əlizadəyə verirdik. Hər ay Fuad Əlizadəyə ümumilikdə 5 min manat verirdik. O da bizə "hörmət" edirdi".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin keçmiş müdiri Xalis Həsənov isə 2014-cü ildən 2021-ci ilədək o şöbənin rəisi işlədiyini deyib:

"İdarəmizdə qrafik üzrə yoxlamalar aparılırdı, yoxlama zamanı müəyyən nöqsanlar aşkarlanırdı. Həmin nöqsanların şişirdilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm. 12 min manat pulu ona otağında təqdim etdim".

Nizami Xanlarovun Xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumu olduğu bildirilir. Bir neçə şahid ifadəsində Nizami Xanlarova rüşvət verdiklərini deyib.

Sonuncu şahid Telman Səfərov isə bildirib ki, nazirliyin Tikilməkdə olan obyektlər idarəsində texniki nəzarətçi vəzifəsində işləyib. Onun sözlərinə görə, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin təmirində müəyyən saxtakarlıqlar ediblər: "Fəaliyyət göstərdiyim müddətdə Natiq Əzizova hər evə görə 5, 9, 15 min manat rüşvət verirdim. Evlərin təmirində iştirak edirdim. Məsələn, 50 min manata rəsmiləşdirilən mənzili 30 min manata təhvil vermişəm. Evlərdə istifadə edilən materiallarla da bağlı yeyintilər olub. Mən Gəncədə, Mingəçevirdə olan evlərin təmirinə nəzarət etmişəm. Ayrılan vəsaitin yalnız 10 faizi təmirə sərf olunurdu. Qardaşım Elman Səfərovun tikinti işləri ilə bağlı 8 min 425 manat yeyintiyə yol verməsindən xəbərim var".

Proses noyabrın 14-də davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub./APA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2365   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm

16 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind

15 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr