Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Bakıda adam oğurluğunda təqsirləndirilən Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramov və Kamil Qədimova hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə R.Əsgərov, İ.Bədəlov, E. Məmmədrzayev, İ.Bayramovun hər biri 11 il, K Qədimov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dəstə üzvləri maddi gəlir əldə etmək məqsədilə Mikayıl Mikayılovu oğurlayıb və Sabunçu rayonu ərazisində evdə girov saxlayıblar. Daha sonra isə onun atası Elçin Mikayılovdan oğlunun azad olunması üçün 30 min dollar tələb ediblər. Lakin onlar zərərçəkmişin atasından 30 min manat alaraq M.Mikayılovun sərbəst buraxıblar.
Həmçinin təqsirləndirilən şəxslər M.Mikayılov girovluqda olan zaman onun üzərində olan 350 manatı da götürüblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 932 Tarix: 05 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi
Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə
16 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrLerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu
Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm
16 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabr