Azərbaycanlı müğənninin dişi yonuldu, xərçəngə tutuldu
Azərbaycanda gənc müğənni, bəstəkar, "Yeni Ulduz" yarışmasının iştirakçısı olan 31 yaşlı Samir Cabbarov bir ildir xərçəngdən əziyyət çəkir.
Sonxeber.az Medicina.az-a istinadən xəbər verir ki, 2 il əvvəl stomatoloq tərəfindən yonulan dişinin sərt ucu onun dilinə sürtünərək dilin kənarlarını zədələyib. Öncə buna əhəmiyyət verməyib, bir müddət sonra onun dilinin kənarında kiçik şiş kimi qabarıq əmələ gəlib.
Daha sonra limfaları şişən Samirə həkimlər həmin şişin xərçəng olduğunu və limfalara yayıldığını bildirib.
Onkologiya Mərkəzində onun dilinin yarısı və limfa düyünləri kəsilib.
Kimyaterapiyalardan bir neçə ay sonra yenidən çənədə yumru şişlər əmələ gəlib.
Hazırda həmin şişlərin yeri dəlik kimi qalıb. Xəstəliyinə görə 20 kq arıqlayan, artıq mədəyə birləşmiş borucuq ilə qidalanan Samirin müalicəsində Bakıda oluna biləcək üsul qalmayıb.
Samirin həyat yoldaşı onu Türkiyəyə apararaq ağıllı dərman metoduna üz tutmaq istəyir:
"Biz bir neçə dəfə İstanbulda bahalı kimyaterapiyalardan keçmişik. Samirin qardaşı, yaxınları bu 1 ildə bütün müalicələrin xərcini çəkib. Amma daha manatımız belə yoxdur.
Samir yaxşı danışa bilmir, qorxur, heç dostlarının da onu bu halda görməsini istəmir. Heç bir verilişə çıxa bilmir.
Ağıllı dərmanın alınması üçün 15-20 min dollar lazımdır.
14 noyabrda biz Türkiyədə çek-apdan keçməliyik. Vaxt azdır, Samirin xilası üçün bundan artıq yol qalmayıb.
Ümidimiz gələn hər yerə üz tutmuşuq.
Samir hələ gəncdir, gözəl səsi var, arzuları, xəyalları vardı. Onu belə görmək içimizi parçalayır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm" - Qəzənfər Abbasov
"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov Xalq artisti Zeynəb Xanlarovanın "Leyli rolunda oynayaram, amma Məcnun yoxdur" fikirlərinə münasibət bildirib. Xanəndə qeyd edib ki, Zeynəb Xanlarov
23 mayAzərbaycan finala keçə bilmədi
Xəbər verdiyimiz kimi, "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada ölkəmizi "Just go" mahnısı ilə təmsil edən Jiva finala çıxa bilməyib. Bolqarıstan, Ukrayna, Norveç
15 mayAybəniz Haşımova Polad Bülbüloğlu ilə Şuşada - Foto
Əməkdar artist Aybəniz Haşımova Şuşadan paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə kamera qarşısına keçib. A.Haşımova fotoya "Şuşamızda" qısa şərhini yazaraq ürək emijisi qoyub
13 may"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə
5 iyunXalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)
Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. "Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinc
30 martKeçmiş filmlərimizi heç vaxt belə görməmisiniz - VİDEO
Köhnə Azərbaycan filmindən bəzi kadrlar süni intellektin köməyi ilə yenilənib. Ölkə.Az xəbər verir ki, instaqramda yayılan kadrların rəngləndirilərək daha da aydın hal aldığı görünür. Sözügedən videoda "Bəxt üzüyü", "Ögey ana" , "Bizim Cəbiş müəllim", "Böyük dayaq"
16 aprelZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqust