Toylara gitaraçı kimi getdi, təsadüfən müğənni oldu, anasının sözü ilə sevdiyi qızı atdı

Toylara gitaraçı kimi getdi, təsadüfən müğənni oldu, anasının sözü ilə sevdiyi qızı atdıSonxeber.az Kulis.az-a istinadən müğənni Səyyad Əlizadə haqqında maraqlı məlumatları təqdim edir.

Səyyad Əşrəf oğlu Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Gənc ikən atası Əşrəf kişi dünyasını dəyişir. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olur. Ağabala müəllim sonradan onu bir kənara çəkib deyir: "Çalış, bu sənətdə öz yolun olsun, səsin gözəldir, məlahətlidir, çalış, yarımçıq qalmasın".

1976-cı ildə orta məktəb şagirdi olan Səyyada atası təzə gitara alır. Səyyad bu gitara ilə toylara getməyə başlayır. Günlərin birində öz tarix müəllimi Allahverənlə bir qadın toyuna gedir. Toyu onun müəllimi aparacaqdı. Qadınlar müğənnidən Məmmədbağır Bağırzadənin həmin dövrdə böyük məşhurluq qazanan "İstəmir məni" mahnısını istəyirlər. Müğənni mahnını bilmədiyini deyir. Bu zaman Səyyad ayağa qalxıb mahnını oxumağa başlayır. Bundan sonra qadınlar deyirlər ki, toyu müğənni yox, o oxusun. O gündən Səyyad toylara getməyə başlayır.

***

1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olur.

İkinci kursda oxuyanda - 19 yaşında Azərbaycan Dövlət Televiziyasından instituta gəlib verilişdə oxuması üçün tələbə axtarırlar. İnstitutun nəzdindəki ansamblın solisti olan Səyyad iyirmi nəfərin içindən seçilərək "Xoş gördük, tələbə" verilişinə dəvət olunur. Və müğənni kimi efirdə ilk çıxışını edir.

İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metro-Tikinti idarəsinə növbə rəisi göndərilir. Orada Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla tanış olub dostlaşır.

***

Səyyad Əlizadə 1981-ci ildə "Oxu tar" müsabiqəsinin qalibi olandan sonra bəstəkar Süleyman Ələsgərov onu konservatoriyaya dəvət edir, imzalı kitablarını bağışlayır və deyir ki, sən mütləq təhsil almalısan.

Kiyevdə yaşayarkən bir rus qızıyla tanış olur. Qıza vurulur. Onunla evlənmək istəyir. Lakin bu barədə evlərinə zəng vurub deyəndə, anası qəti şəkildə etiraz edir. Deyir, olmaz, çıx Bakıya gəl! Atasını erkən itirən, anasının əziyyəti ilə böyüyən Səyyad onun sözündən çıxa bilmir, sevdiyi qızı atıb, Bakıya qayıdır.

***

Anası ona azərbaycanlı bir qızla evlənməyi məsləhət görür. Müsahibələrinin birində Səyyad Əlizadə bu haqda deyir:

"Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Anam qayıtdı ki, qızla telefonla danış. Mən də zəng elədim, qız soruşdu, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi, siz kimsiniz, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanda dostum vardı, əsəbimdən ora getdim, onu orada tapdım. Qızı çağırtdırdım, gəlib məni gördü, gələcəyimi gözləmirdi axı. Mən də coşmuşam, başlamışam ki, sən kimsən, mənə belə cavab verirsən, mən heç səni tanımıram. Dedim, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Bu, mənim xoşuma gəldi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil onu başqasına vermək istəyirdi. Getmədi. Biz 1987-ci ildə ailə qurduq".

Elə həmin ildə müğənni "Təbrizim" adlı albomu buraxır. Ardınca "Bəyaz gecələr" mahnısını ifa edir. Bu mahnı dövrün ən populyar mahnısına çevrilir. Səyyad Əlizadənin müğənni kimi uğurlu vəsiqəsi olur. Mahnı bütün Azərbaycanda sevilməklə yanaşı dünyanın otuzdan çox ölkəsində də oxunmağa başlayır.

***

O, həm də qadın müğənnilərlə duet ortağı kimi məşhurluq qazanmışdı. Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva və Türkanə Həsənova ilə duetlər ifa edib, musiqi albomu buraxıb.

***

Müğənni heç vaxt spirtli içki içməyib, siqaret çəkməyib. İdmanla məşğul olub, futboldan və güləşdən dərəcələr qazanıb.

"Gözlərimin yaşı", "Xallı qız", "Saçlarım bəyaz oldu", "Bizim uşaq dünyamız", "Harda qaldın", "Gül ki", "Qaranquşlar gələndə" mahnıları ilə məşhurluq qazanıb.

***

Bir müddət əvvəl müğənni haqqında ölüm xəbəri yayılmışdı, o, efirə çıxaraq bu xəbərin yalan olduğunu, sətəlcəm keçirib müalicə aldığını bildirmişdi.

***

Səyyad Əlizadə sentyabrın 13-də Covid-19 xəstəsi kimi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilir. 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülür, ECMO aparatına qoşulur. Lakin onun həyatını xilas etmək mümkün olmur. Müğənni 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat edir. Onun vəsiyyəti Füzuli rayonunda valideynlərinin yanında dəfn olunmaq idi.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3648   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xalq artistinin məzarından VİDEO

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər diqqət çəkib. xəbər verir ki, mərhum sənətkarın məzarından çəkilən video qısa zamanda geniş yayılıb. Paylaşılan kadrlarda sənətkarın uyuduğu məkan əks olunub və bu görüntülər izləyicilə

13 aprel
.

Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. APA-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov. Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxı

11 may
.

Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi

Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb. TASS-a istinadən xəbər verir ki, təntənəl

27 mart
.

Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi

Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib. xəbər verir ki, Axşam.az-a açıqlama verən aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. F.Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib:. "Özümü yaxşı hiss etmirəm. Halım çox pisdir

8 may
.

"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş

XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"

11 may
.

Xalq artistinin rejissor qardaşı vəfat etdi

Tanınmış rejissor Rauf Süleyman vəfat edib. "Qafqazinfo" xəbər verir ki, uzun illər AzTV-də çalışmış R.Süleyman 82 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Rauf Süleyman Xalq artisti Ramiz Həsənoğlunun qardaşıdır. Rauf və Ramiz Mirzəyevlər görkəmli teatrşünas Həsənağa Mirzəye

17 mart
.

Oğuzda mədəniyyət evi yandı

Oğuzda mədəniyyət evində yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağını

7 mart
.

Əməkdar artist: "Ona bir şey olsa, yaşamaram"

"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin". Bunu Qaynarinfo-ya açıqlamasında ki, 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə arzularından danışarkən deyib. Aktyor həyata keçməyən arzularını

29 aprel
.

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. "Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinc

30 mart