"Cəmiyyət azad düşüncəli uşağa ehtiyac duymursa, uyğun tərbiyə keçmək nəticə verməyəcək" - Psixoloq

"Cəmiyyət azad düşüncəli uşağa ehtiyac duymursa, uyğun tərbiyə keçmək nəticə verməyəcək" - Psixoloqİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Mənəvi inkişafın ən yüksək zirvəsi birinin digərinə hörmət etməsi, digərinin doğrularını qəbul etməsidir. Ailə ortamında bu təmin olunduqda uşaqlara heç bir tərbiyə və təlim keçmədən bunu təmin etmək mümkündür".

Bu sözləri psixoloq Əfsanə Rüstəmova Sonxeber.az-a bildirib.
"Cəmiyyət azad düşüncəli uşağa ehtiyac duymursa, uyğun tərbiyə keçmək nəticə verməyəcək" - PsixoloqO həmçinin qeyd edib ki, uşağımızın nəyə marağı yoxdursa, onunla məşğul olmamalıyıq, nəyə marağı varsa, onunla məşğul olmalıyıq ki, effekt görə bilək. Əskiklərin üzərində işləmək bəzən effekt vermir. Bunun üçün tamlığı yaratmaq, üstünlüklərin üzərində işləmək, digər əskikləri əvəzləmək lazımdır:

"Öncəliklə qeyd etməliyik ki, heç bir inkişaf təktərəfli ola bilməz. Övladlarımızı istər fiziki, istər mənəvi yöndən inkişaf etdirmək və onları dayanıqlı böyütmək üçün mütləq dediklərimizə özümüz sahib olmalıyıq. Bunun üçün uşaqlara nəysə öyrətmdən əvvəl bizdə necə effekt verə bilər, biz özümüz buna uyum sağlaya bilərikmi və bizim övladımızın adaptasiya olması üçün nə tələb olunur deyə özümüz üçün təhlil etməli, həmin aldığımız məhsulu övladımıza uyğun hala gətirməli, daha sonra ona təqdim etməliyik. Əsas məsələ ailələrin özlərinin dəyər vahidləri olmalıdır, hansı ki, ər və arvad nikaha girdikləri zaman şəxsi dəyər vahidləri ilə yox, ailənin dəyər vahidlərini davam etməli olduğunu bilməlidirlər. Mənəvi inkişafın ən yüksək zirvəsi birinin digərinə hörmət etməsi, digərinin doğrularını qəbul etməsidir. Ailə ortamında bu təmin olunduqda uşaqlara heç bir tərbiyə və təlim keçmədən bunu təmin etmək mümkündür. Fiziki sağlamlığı isə əlçatan olmalıdır. Övladlarımız üçün lazım olan əlavə qidalar, vitaminlər və idmanla məşğul olması üçün lazım olan müəssisələrin anti-sanitar ya təmiz vəziyyətdə olmasını təhlil etməli və özümüz üçün razılıq almalıyıq ki, biz uşağı bura göndərə bilərmi ya yox. Qiymətlər hər ailənin büdcəsinə uyğun olmalıdır. Təəssüf ki, hazırda bizim ölkədə yaşayış minimumu ilə dərnəklərin qiyməti üst-üstə düşmür. Bəlkə bir övladı olan valideynlər üçün uyğun sayıla bilər, amma ailədə uşaq sayı çox olduqca və hər uşağın öz maraq dairəsinə uyğun dərnəklər seçildikcə bu qiymətlər böyük görünə bilər. Çünki uşaqların mənəvi dünyalarını zənginləşdirmək üçün onların nəyə marağı olduğunu, nə istedadı olduğunu bilməliyik. Mənəvi inkişaf sadəcə olmayanların üzərində işləmək deyil, həm də olanları inkişaf etdirməkdir. Bizim uşağımızın nəyə marağı yoxdursa, onunla məşğul olmamalıyıq, nəyə marağı varsa, onunla məşğul olmalıyıq ki, effekt görə bilək. Əskiklərin üzərində işləmək bəzən effekt vermir. Bunun üçün tamlığı yaratmaq, üstünlüklərin üzərində işləmək, digər əskikləri əvəzləmək lazımdır.
Valideynin psixoloji sakitliyi,maddi rifahının yüksək olması,firəvan mühitdə yaşaması əlbəttə ki, övladını da bu cür böyütməsinə gətirib çıxaracaq. Lakin cəmiyyətə baxmaq lazımdır. Belə ailələr nə qədərdir və nə qədər təmin oluna bilir sual işarəsi altındadır.Natamam ailələr, tək valideynli uşaqlar, valideynin itirmiş uşaqlar bundan təsirlənirlər. Həmin uşaqların təbiətin verdiyi tamlığın pozulması halında nəylə qarşılaşacağı, nə hiss edəcəyini anlamaq və o cür yanaşmaq lazımdır. Amma bu dediklərimizə mühit də hazır olduğu halda etmək lazımdır.
Biz mənəvi cəhətdən güclü, psixoloji və fiziki cəhətdən sağlam uşaqları ancaq bunu arzulayan cəmiyyət üçün yetişdirməliyik.Əgər bir cəmiyyət azad düşüncəli, normal uşağa ehtiyac duymursa, uyğun tərbiyə keçmək nəticə verməyəcək.Əksinə, uşağımız bu böyük üstünlüklərlə özünü cəmiyyətdə tapa bilməyəcək və əskik, natamam hiss edəcək. Bizim də çəkdiyiiz əziyyət boşa gedəcək. Valideynlər ancaq yaxşı olanları öyrətmək yerinə tövsiyə edərdim ki , bu cəmiyyətdə hansı xüsusiyyət olsa baş çıxara bilər deyə təhlil edib həmin keyfiyyətləri övladına yükləməlidirlər".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Cəmiyyət azad düşüncəli uşağa ehtiyac duymursa, uyğun tərbiyə keçmək nəticə verməyəcək" - PsixoloqŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2062   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr
.

8 ayda 2 minə yaxın əkiz doğulub

Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstəric

16 oktyabr