"Azəriqaz"da işə qəbulla bağlı İMTAHAN KEÇİRİLDİ
SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzrə 2022-2023-cü illər ərzində mövcud olan və gələcəkdə yaranması ehtimal edilən vakant yerlərin vaxtında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin müsahibə mərhələsi artıq yekunlaşmaq üzrədir.
Sonxeber.az xəbər verir ki, müsahibələr Birliyin "Başdan ayağa" layihəsi çərçivəsində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İnsan Resursları Departamentinin vasitəçiliyi ilə aparılır. Bundan əlavə, SOCAR-ın "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planının icrası istiqamətində cari ilin iş planı"na uyğun olaraq müsahibələrin keçirilməsinə ictimai nəzarətin təmin edilməsi məqsədilə "Azəriqaz" İB yanında İctimai Şuranın üzvləri tərəfindən müsahibələrin gedişi müşahidə edilir. Müsabiqədə iştirak etmək üçün müraciət edən 4606 namizəddən 4495 nəfəri ilkin seçim mərhələsini keçmiş və müsabiqənin növbəti mərhələsində iştirak hüququ əldə edib. Müsahibə mərhələsinə keçid haqqı əldə edən namizədlərin sayı 1539, Kadr Ehtiyatı Bazasına daxil olunan namizədlərin sayı isə 970 nəfərdir.
Qeyd edək ki, müsahibədən uğurla keçən və eyni bal toplayan namizədlər arasında şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına və bu qəbildən olan həssas qruplara aid olunan namizədlərə yerləşdirmə zamanı üstünlük veriləcəkdir.
Ətraflı video materialdan izləyə bilərsiniz:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1386 Tarix: 14 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis
16 oktyabrPensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
16 oktyabrAzərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabrRamiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
16 oktyabrSabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d
15 oktyabrBakıda və Abşeronda hava iki gün tozlu olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini
15 oktyabrYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini
16 oktyabrBağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?
Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə ba
16 oktyabr