"Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar" - Psixoloq

"Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar" - Psixoloqİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Elə işləyən valideyn var ki, evdar xanımdan daha çox uşağına vaxt ayıra bilir, daha doğrusu daha keyfiyyətli vaxt ayıra bilir. Ola bilər ki, evdar xanım 24 saatı övladı ilə keçirdir, işləyən xanım isə 12 saat keçirdir. 10-15 dəqiqəni o qədər keyfiyyətli qura bilər, o qədər gözəl ünsiyyət qura bilər ki, 24 saatdan daha üstün olar".

Bu sözləri psixoloq Nuriyyə Quliyeva Sonxeber.az-a uşaqların mənəvi və fiziki inkişafı ilə bağlı danışarkən deyib.
"Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar" - PsixoloqO həmçinin qeyd edib ki, ailənin imkanı çatırsa, uşağı hər hansı idman növünə yönləndirməsi yaxşı olardı. İdman həmçinin zehni inkişafı da dəstəkləmiş olur:

"Bir valideyn övlad dünyaya gətirirsə, onu mütləq şəkildə psixoloji və fizioloji inkişafı, bioloji ehtiyaclarının təminatı üçün əlindən gələni etməlidir. İnsanlar bunu dərk edərək valideyn olmağa qərar verməlidirlər. Biz adətən düşünürük ki, bir uşağın bioloji ehtiyacını ödəmək, yedizdirmək, geyindirmək daha vacibdir. Amma valideynlər unudurlar ki, bununla yanaşı uşağın psixoloji -mənəvi tərəflərini də təmin etmək lazımdır.
Uşağın fiziki inkişafı onun hərəkətli olmağından çox asılıdır. Tədqiqatlar sübut edir ki, idman edən hərəkətli uşaqlar öz yaşıdlarına nisbətən daha uzun olurlar. Valideynlər uşaqlarla bol-bol oyunlar oynaya bilərlər. Əgər ailənin imkanı çatırsa, uşağı hər hansı idman növünə yönləndirməsi yaxşı olardı. İdman həmçinin zehni inkişafı da dəstəkləmiş olur. Bunun üçün biz psixoloqların ən çox tövsiyə etdiyi üzgüçülük, yüngül atletika və ya yüngül rəqsdir.
Deyə bilmərik ki, hər valideynin idman növlərinə, dərnəklərə, inkişaf klublarına yazdırmaq imkanı var. Bəzən bu məhdud ola bilər. Amma hər valideyn öz uşağını izləməlidir. İnternet hər kəs üşün əlçatandır. İnternetdə müxtəlif qaynaqlar var ki, valideynlər uşaq hansı bacarıqlara qabil olmalıdır, bacarıqları necə inkişaf etdirə bilər deyə mənbələri araşdırmalı və işlər aparmalıdır. İlk növbədə qeyd etdiyim kimi evdə oyunlar oynayaraq emosional inkişafı dəstəkləyə bilərlər. Uşaqınıza vaxt ayırın və onunla bol-bol oyun oynayın. Belə gözəl bir söz var:quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar . Yəni uşaqlar oynayaraq inkişaf edir, həyatı dərk edir. Ona görə bu oyunlara üstünlük verə bilərlər. Həmçinin psixoloji problemlərin də qarşısını ala bilərlər.
Elə işləyən valideyn var ki, evdar xanımdan daha çox uşağına vaxt ayıra bilir, daha doğriusu daha keyfiyyətli vaxt ayıra bilir. Ola bilər ki, evdar xanım 24 saatı övladı ilə keçirdir, işləyən xanım isə 12 saat keçirdir. 10-15 dəqiqəni o qədər keyfiyyətli qura bilər, o qədər gözəl ünsiyyət qura bilər ki, 24 saatdan daha üstün olar. Günümüzdə iqtisadi problemlər təbii ki, var. Elə ailə var ki, aztəminatlıdır, orada həm ana, həm ata mütləq işləməlidir. Bu zaman inkişafı dəstəkləmək üçün dövlət bağçaları var . Amma axşam yarım saatlıq valideynin uşaqla söhbət etməsi, vaxtını necə keçirməsi barədə danışması, onunla oyun oynaması faydalı olar".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Quşlar uçar, balıqlar üzər, uşaqlar oynayar" - PsixoloqŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1548   Tarix: 15 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib. xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib. "Azərbaycan Prezidenti Administrasiyasını

2 may
.

Üç gün ardıcıl iş olmayacaq - TARİXLƏR

Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. "Yeni Sabah" xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə

3 may
.

Ölkədə pensiya yaşı 60-a SALINIR?

Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. Əsasən pensiya yaşı, pensiy

2 may
.

"Onkologiya"dakı faciə ilə bağlı HƏR ŞEYİ DANIŞDI

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb. xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb. Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli

2 may
.

Pakistan səfiri: Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır

Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib. Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir:

2 may
.

Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ

Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir

3 may
.

Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır

3 may
.

Söküləcək binalar gəlir mənbəyinə çevrilir: "Xruşşovka"lar niyə bahalaşır?

Bakının siması yeniləndikcə, sovet dövründən miras qalan və istismar müddətini başa vurmuş "xruşşovka"ların taleyi daşınmaz əmlak bazarının ən çox müzakirə olunan mövzusuna çevrilir. Şəhərin yeni Baş Planına əsasən, qarşıdakı illərdə bu qəzalı binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulur

2 may
.

Bu şəxslərin ailə üzvlərinə 400 manatlıq GÜZƏŞT EDİLƏCƏK

Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihədə minatəmizləyənlərin ailə üzvlərinə güzəştlər əksini tapıb. Belə ki, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı ola

2 may