16 yaşlı gənc özündən 10 yaş böyük sevgilisini bıçaqladı
Bakının Səbail rayonunda özündən 10 yaş böyük olan sevgilisinı bıçaqlamaqda ittiham olunan 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.
İttihama görə, İlkin Cəbiyev sevgi münasibətində olduğu Dilbər İbrahimova ilə qısqanclıq zəminində mübahisə edib. Daha sonra onu bıçaqlayıb.
İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Dilbər onun qonşusudur. Əvvəllər münasibətləri yaxşı olub, amma son vaxtlar aldadıldığını hiss edib:
"Dilbər əvvəllər məni sevdiyini deyirdi. Amma son vaxtlar münasibətlərimiz soyumuşdu. Hiss edirdim ki, məni aldadır. Ona "WhatsApp"da mesaj yazırdım. Onlayn olurdu, amma cavab vermirdi. Hiss edirdim ki, başqası ilə danışır. Məni Dilbər iki-üç il belə aldatdı. Mesajlarıma gec-gec cavab verirdi. Səbəbini soruşanda başının qarışıq olduğunu söyləyirdi".
Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Dilbərlə küçədə rastlaşıb:
"Xalası da yanında idi. Ondan soruşdum ki, məni niyə aldadırsan? Sonra bıçaqla ona bir zərbə vurdum. Daha sonra evə gəldim. Anama hadisə barədə məlumat verdim. Özüm 8-ci polis bölməsinə gedərkən yolda polislər məni saxladılar".
Təqsirləndirilən şəxs bildirib ki, Dilbəri bıçaqlamaqla səhv hərəkət edib.
Onun sözlərinə görə, Dilbər əvvəllər ailəli olub, sonradan boşanıb:
"Mən Dilbəri sevirdim. O da məndən əl çəkmirdi. Hamı Dilbəri sevdiyimi bilirdi. Hazırda 16 yaşım var. Dilbəri isə 13 yaşında sevməyə başlamışam".
Zərərçəkmiş Dilbər ifadəsində deyib ki, ailəlidir, üç azyaşlı uşağı var. İlkini qonşusu kimi tanıyıb:
"İlkin məni sevdiyini deyirdi. Mən də bunu zarafat kimi qəbul edirdim. Mənə "WhatsApp"da "ürək" atırdı, sevdiyini yazırdı. Mən isə cavab yazmırdım. Nə cavab yazacaqdım? Mən elə bilirdim ki, zarafat edir. Mənə gecə-gündüz yazırdı".
Dilbər qeyd edib ki, bu hadisəyə kimi əri ilə birlikdə yaşayıb:
"Təqsirləndirilən şəxsin boşanmağımla bağlı dediyi yalandır. Mən ərimlə yaşamışam. Bu hadisə baş verəndən sonra ərim boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda boşanma ilə bağlı iş məhkəmədədir".
Növbəti proses noyabrın 21-də davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1630 Tarix: 15 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis
16 oktyabrPensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
16 oktyabrAzərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabrRamiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
16 oktyabrSabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d
15 oktyabrBakıda və Abşeronda hava iki gün tozlu olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini
15 oktyabrYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini
16 oktyabrBağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?
Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə ba
16 oktyabr