"İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı" mövzusunda konfrans keçirilib - VİDEO

"İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı" mövzusunda konfrans keçirilib - VİDEO"Cənab Prezident İlham Əliyev tərəfindən ictimai nəzarətin inkişafı və vacibliyi ilə bağlı mütəmadi çağırışlar olub."

QHT.az xəbər ki, bu fikirlər "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən təşkil olunan "İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı" mövzusunda keçirilən konfransda səsləndirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxışında bildirib ki, şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı vətəndaş iştirakçılığın təmin edilməsi üçün vacib alətlərdəndir. Azərbaycanda ictimai iştirakçılığın inkişafı üçün güclü iradə olduğu üçün vətəndaş iştirakçılığın bütün mərhələləri üçün nümunələrə rast gələ bilirik. Bu gün bir çox dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyəti nəticəsində tərəfdaşlıq, təmsilçilik və ictimai nəzarət mexanizmləri işləyir. Təşkilat sədri bildirib ki, yaxşı nümunələrin inkişaf etdirilməsinə və resursların artırılmasına ehtiyac var.

Cəsarət Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarında ictimai iştirakçılıq şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı parametrləri baxımından monitorinq edilib. Monitorinqə 23 dövlət qurumu cəlb olunaraq onların fəaliyyətinin elektron resurslardan monitorinqi aparılıb. Monitorinqin nəticələri ilə bağlı müvafiq təkliflər hazırlanaraq həmin quruma təqdim olunacaq.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev çıxışında bildirib ki, ümumilikdə son 2 il ərzində ictimai iştirakçılıq təmin edilməsi istiqamətində ciddi addımlar atılıb. "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" na əsasən ictimai şuraların sayı əhəmiyyətli dərəcədə artıb. İctimai Şuraların fəaliyyət dairəsi genişlənib. Çatışmazlıqların aradan qaldırılması üçün birgə iş aparılır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd edib ki, Agentlik ictimai iştirakçılığın inkişafı məqsədi ilə ilkin mərhələdə görüşlər, daha sonra isə "İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması" mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlər keçirib. Agentlik eyni zamanda bu istiqamət üzrə QHT-lərin layihələrini də maliyyələşdirir.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, Elm və Təhsil Nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə mərkəzi İcra hakimiyyəti orqanlarının fəaliyyətində ictimai iştirakçılığın rolundan və təmsil etdikləri qurumlarda ictimai iştirakçılıq təmin edilməsi istiqamətində görülən fəaliyyətlərdən danışıblar.

Dövlət Miqrasiya xidməti yanında İctimai şuranın sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın sədri Siruz Abasbəyli və digər ictimai şura üzvləri İctimai iştirakçılıqla bağlı uğurlar və problemləri mövzusunda çıxış ediblər. Müzakirələr ilə davam edən tədbirdə "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli, Ədliyyə Nazirliyi yanında İctimai şuranın sədri Səadət Bənanyarlı və digərləri ictimai iştirakçılığın inkişaf etdirilməsi ilə bağlı təkliflərini qeyd ediblər.

Tədbirin sonunda təltif etmə mərasimi keçirilib.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, Elm və Təhsil Nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "İctimai iştirakçılıq sahəsində səmərəli fəaliyyətə görə" İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Daxili İşlər Nazirliyi yanında İctimai şuranın sədri, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın sədri Siruz Abasbəyli , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi yanında İctimai şuranın sədri Anar Xəlilov və MG CONSULTING şirkəti "İctimai iştirakçılığın təmin edilməsində aktiv fəaliyyətə görə"İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunublar.

"İctimai iştirakçılığın təşviqi sahəsində fəal maarifləndirmə fəaliyyətinə görə" isə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin Fəxri Fərmanı ilə AZTV və İctimai TV təltif edilib.

"Yerli səviyyədə ictimai iştirakçılığın səmərəli təşkilinə görə" Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şura və Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şura İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 849   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?

Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə ba

16 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı

Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis

16 oktyabr
.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr