Pensiya yaşı yenidən gündəmdə - Geri dönüş mümkünmü?

Pensiya yaşı yenidən gündəmdə - Geri dönüş mümkünmü?İqtisadçı ekspertlər, həkim və sosioloqdan maraqlı şərhlər; pensiya yaşını azaltmaq, yoxsa ömrü uzatmaq...

"Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır".

Bunu Milli Məclisin iclasında 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Mətbuatdan oxuyuram ki, Azərbaycanda kişilərin 47 faizi 65 yaşa qədər yaşayır. Bu rəqəmi Dövlət Statistika Komitəsinə istinadən səsləndirirlər. Bilmirəm nə dərəcə doğrudur, ancaq hər halda bəzi məsələləri nəzərə almalıyıq", - deyə Qüdrət Həsənquliyev əlavə edib.

Deputat təklif edib ki, ölüm halları üzrə yaş nisbəti nəzərə alınmalı və pensiya yaşı aşağı salınmalıdır.

"İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır", - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycanda qadınlar 62,5 yaşına, kişilər isə 65 yaşına çatdıqda pensiya üçün müraciət edə bilirlər. "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Eyni zamanda, ölkə əhalisinin yalnız 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir.

Azərbaycanda orta ömür uzunluğu 71,4 ildir. Bu, gözlənilən ömür reytinqində ən aşağı göstəricilərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun proqnozlarına görə, yaxın illərdə ölkədə pensiya yaşına çatmış vətəndaşların sayı xeyli artacaq. Bu fenomenin səbəbi əhalinin ömrünün artması olacaq.

2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197,0 min nəfər olmaqla ölkə əhalisinin 11,9 faizini təşkil edib. Bəs ölkədə pensiya yaşı aşağı salına bilərmi, bu, mümkündürmü?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat"a danışıb. Ekspert qeyd etdi ki, təqaüd yaşının getdikcə artırılması bir sıra fəsadlara gətirib çıxarır: "Azərbaycanda təqaüd yaşının getdikcə artırılması son bir ildə qəbul edilmiş qərar idi. Pensiya üçün 65 yaş bir çox ölkələrdə tətbiq olunur, amma Azərbaycanda tətbiq olunması müəyyən problemlər yaradır. Çünki 65 yaş tətbiq olunan ölkələrdə ortaömürlülük bizdən daha yüksəkdir. Bundan başqa, həmin ölkələrdə demoqrafik vəziyyət çox çətin və ağırdır. 65 yaşı o ölkələrdə tətbiq edirlər ki, orada gənc kadrlara ehtiyac var, ona görə də iş yerlərini və mütəxəssislərini itirməmək üçün pensiya yaşını 65 yaşa qaldırdılar.

Bizdə isə bu problem yoxdur. Yəni Azərbaycanda daha gənc, dinamik toplum var. Bu səbəbdən bizdə təqaüd yaşının 65 yaşa qaldırılması doğru qərar deyildi və bu gün onun fəsadlarını yaşayırıq. Bəli, ölkədə orta ömür aşağıdır, kişilərin ölüm yaşı daha aşağıdır. Bu da ciddi fəsadlara, problemlərə səbəb olur".

Eyyub Kərimli: "Rusiya-Ukrayna müharibəsi bitməsə, çörək yenə bahalaşa bilər"

Digər iqtisadçı ekspert Eyyub Kərimli isə qeyd etdi ki, Azərbaycandakı pensiya yaşı MDB dövlətləri ilə eyni səviyyədədir: "Avropa ölkələrində isə bir neçə il fərqi var. Belə ki, bəzi Avropa ölkələrində pensiya yaşı 65, bəzisində isə 67-dir. Çünki adətən Avropa ölkələrində insanlar daha çox yaşayır. Sözsüz ki, Azərbaycanda pensiya yaşının aşağı salınması ilə bağlı müvafiq işlər aparılmlaıdır. Düşünürəm ki, pensiya təminatı ilə bağlı islahatlara ehtiyac var, əsasən də özəl pensiya fondlarının yaranması ilə bağlı. Əslində özəl pensiya fondu qanunvericilikdə öz əksini tapsa da, faktiki olaraq praktikada təmin edilməyib.

İkinci məsələ pensiyaların inteqrasiyasıdır ki, illərlə pensiya fonduna yığılan pullardan sonradan təqaüdə çıxmağa hazırlaşan insanlara, yəni pensiya sahiblərinə dividentlər verilmir. Halbuki xarici ölkələrdə bu praktika çoxdan təmin olunub. İnsanlar istədikləri fondlara öz pensiya yığımlarını müəyyənləşdirirlər və gələcəkdə həmin pensiya fondlarından əlavə dividentlər ala bilirlər. Fikrimcə, pensiya təminatı yaş, ömür uzunluğu ilə mütənasiblik təşkil etməlidir".

"Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov isə bildirdi ki, ümumiyyətlə, dünyanın əksər ölkələrində kişilərin ömür yaşı həddi aşağı olur: "Bu da daha çox kişilərin həyat tərzi ilə bağlı olur. Yəni siqaret çəkmək, alkoqol qəbul etmək daha çox kişilər arasında geniş yayılıb ki, bu da sağlamlığa, uzun ömürlülüyə təsir edir. Həmçinin Şərq mentalitetinə uyğun olaraq azərbaycanlı kişilərin ailənin bütün çətinliklərini çiynində daşıması, gərgin iş rejimi və bu kimi amillər də öz təsirini göstərir.

Hesab edirəm ki, biz pensiya yaşının aşağı salınmasından əvvəl daha çox kişilərin ömrünün uzanması istiqamətində işlər aparmalıyıq. Burada da ən vacib olan profilaktik tədbirlərdir. Belə ki, insanları düzgün yaşayış tərzi ilə bağlı maariflədirmək, daha çox idmana sövq etmək, nikotindən, alkoqoldan imtinaya yönləndirmək lazımdır. Yəni ilk öncə ona diqqət etmək lazımdır ki, kişilər niyə qadınlardan az yaşayır. Statistika onu göstərir ki, daha çox kişilər arasında ürək-damar, onkoloji xəstəliklər geniş yayılıb ki, bu da yuxarıda qeyd etdiyim səbəblərlə bağlıdır".

Sosioloq Əhməd Qəşəmoğlu da ölkədə kişilərin pensiya yaşının 65-ə qaldırılması ilə razılaşmadığını dedi: "Bundan əvvəl pensiya yaşı 63 idi. Düşünürəm ki, yenidən 63- yaşa endirilsə, daha yaxşı olar. Lakin bir məsələ də var, bəzən pensiya yaşına çatan kimi, şəxsi işdən çıxarırlar ki, pensiyanın vaxtı çatıb. Burada ehtiyatlı olmaq lazımdır. Əvvəla, hər 65 yaşa çatan şəxs ağır vəziyyətdə olmur. 65 yaşında xeyli sayda enerjili insanlarımız var. Hətta 85 yaşda beyni yaxşı çalışan həkimlərimiz, müəllimlərimiz var. Ona görə də yaş həddi çatan kimi şəxsi işdən çıxartmaq ölkə üçün zərərli bir şeydir. Çünki kiçik bir respublikayıq və mütəxəssislərimiz heç də çox deyil.

O ki qaldı kişilərin niyə daha tez dünyasını dəyişməsinə, çünki son vaxtlar stres halları çoxalıb və bunun yükü daha çox kişilərin üzərinə düşür. Çünki kişilərin iş yeri azalıb, işsiz kişilərin sayı artıb. İşsiz kişi də bütün günü evdə danlanır, nəticədə gərginlik yaranır. Həmçinin son illərdə qidalarımızın tərkibi xeyli dəyişib. Belə ki, qidaların əksəriyyəti əvvəlki kimi təbii deyil, süni və yaxud genlərini dəyişmiş qidalar olur. Biz əslində kişilərin ömrünü uzatmaq yönündə sosial işlərimizi gücləndirməliyik. Yəni problem var, ondan çıxış yolunu axtarmalıyıq. Təkcə pensiya yaşını aşağı endirməklə deyil, həm də insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması yönündə işlər aparmalıyıq".

Qeyd edək ki, Avropa ölkələrində pensiya yaşı təqribən 65-dir. Belə ki, Fransada kişilər və qadınların orta hesabla pensiya yaşı 62-dir. Bundan başqa insanlar 60 yaşında erkən pensiyaya çıxa bilərlər. Son illər Fransada pensiya yaşı mübahisəli mövzudur. Hökumət 64 yaşa qədər işləmək ideyasını irəli sürməyə çalışdıqda, bu, uzun etirazlara səbəb olub.

Yunanıstanda da erkən pensiya qəbul edilir. Bu ölkədə orta hesabla kişilər 61,7 yaşında pensiyaya çıxır, qadınlar isə 60 yaşında işləməyi dayandırırlar.

Belçikada kişilər və qadınlar rəsmi olaraq 65 yaşında təqaüdə çıxırlar.

Polşada isə əksinə proses baş verir. Belə ki, ölkə pensiya yaşını kişilər üçün 67-dən 65-ə, qadınlar üçün isə 60-a endirib.

İspaniyada rəsmi pensiya yaşı 2027-ci ilə qədər tədricən 65-dən 67-yə qaldırılır, lakin orta hesabla ispanlar 61.7 (kişilər 62.1, qadınlar 61.3) ilə pensiyaya çıxırlar.

İtaliyada kişilər 63,3, qadınlar isə 61 yaşa qədər işləyir.

Hazırda alman kişilər 64, qadınlar isə 63,6 yaşda təqaüdə çıxırlar. Almaniyada rəsmi pensiya yaşı 65-dən çox deyil.

Danimarkalı kişilər və qadınlar üçün rəsmi pensiya yaşı 65-dir, lakin 2022-ci ilə qədər tədricən 67-yə, 2030-cu ilə qədər isə 68-ə yüksəldilməsi gözlənilir.

Hazırda Böyük Britaniyada pensiya yaşı 66-dır, lakin kişilər orta hesabla 64,7, qadınlar isə 63,6 yaşda təqaüdə çıxırlar. 2039-cu ilə qədər rəsmi pensiya yaşının 68-ə qaldırılmasının nəzərdə tutulmasına baxmayaraq, real pensiya yaşının daha 0,3% azaldığına dair artıq sübutlar var.

Amerikalılarda pensiya ilə bağlı ümumi yaş həddi 62-dir. Sorğulara əsasən, bu yaşdan sonra insanlar səyahət etməyi planlaşdırırlar.

Avstriyada isə rəsmi pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 65-dir.

Cənubi Afrika dövlət xidmətlərinin məlumatlarına görə, bu ölkə vətəndaşları orta hesabla 60 yaşında pensiyaya çıxırlar.

Türkiyədə rəsmi pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 58-dir. Lakin insanların çoxu bu yaşdan sonra altı ildən çox işləyir, kişilər 66,3, qadınlar isə 64,9 yaşda pensiyaya çıxırlar.

Rusiyada da kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63 yaşdır.

Ermənistanda isə pensiyaçıların yaş həddi qadınlarda və kişilərdə 63-dür. Gürcüstanda pensiya müddəti qadınlar üçün 60 yaşda, kişi üçün 65 yaşda başlayır.

Mərkəzi Asiya bölgəsində isə pensiya həddi belədir:

Qazaxıstan, Qırğızıstan, Tacikistanda qadınlar 58, kişilər 63, Özbəkistanda qadınlar 55, kişilər 60, Türkmənistanda qadınlar 57, kişilər isə 62 yaşda pensiyaya çıxırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3306   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"

15 oktyabr