Deputat: "Evdə xanımının sözünə qulaq asmayan ortada qalar" - VİDEO
"Mən gender bərabərliyinin əleyhinəyəm. O sözdən də xoşum gəlmir. Gender nədir?! Evdə xanımının sözünə qulaq asmayan qalar ortada".
Bu sözləri yazıçı, millət vəkili Aqil Abbas "Düzünə qalsa..." verilişində deyib.
"Qadın düşünür, fikirləşir. Nəyin səhv, nəyin düz olduğu ilə bağlı məsləhət verir! Birdən mən çılğınlıq edirəm, barəmdə sosial şəbəkələrdə xəbər yayılanda istəyirəm ki, cavab verim. Mənə deyir ki, sakit ol, fikir vermə. Onlar elə sənin vasitənlə məşhurlaşmaq istəyirlər. Qadınlar kişilərdən çox sevir. Çünki kişilər sevdikləri qadına da xəyanət edir, amma qadınlar əsla! Cavanlıqda çox sevmişəm, hamısı bekarçılıqdan olub. Amma kimi həqiqi sevdim, onunla da ailə qurdum. 43 ildir ömür-gün yoldaşımdır. Mübahisələrimiz olub, amma bu illərdə 1 dəfə də olsa, qəti bezməmişəm!"
A. Abbas deyib ki, gənc vaxtı çox çılğın insan olub: "Hələ də eyniyəm. Əziyyət çəkirəm o xarakterimdən. Mən də insanam. Səhvlərim, günahlarım olub. Peşman da olmuşam. Universitetin 3-cü kursunda qovulmuşam, o mənə ömür boyu zərbə olub. Amma 1 il sonra bərpa olunmuşam. Heç kim yaşından doya bilməz, 200 il olsa da yaşayar. Onda çətin olur ki, kiməsə yük olursan. Nəvəyə də, arvada da. Gözünün qabağında övladın, nəvən ölür, sən yaşayırsan. Ona yaşamaq deyərlər?! Əlbəttə, elə yaşamaqdan qorxuram!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1322 Tarix: 21 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə
16 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabrBacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
16 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabr"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabr