Radiodalğalar hər zaman əhatəmizdədir - Bəhruz Əliyev

Radiodalğalar hər zaman əhatəmizdədir - Bəhruz Əliyev"Kainatın sirrini tapmaq istəyirsinizsə, enerji, tezlik və titrəmə (vibrasiya) dili ilə düşünün" Nikola Tesla deyib. Bənzər digər yanaşmanı Albert Eynşteyn söyləyib: "Maddə dediyimiz şey, titrəmələri hisslərimizin hiss edə biləcəyi səviyyəyə enmiş enerjidir. Heç bir maddə yoxdur."
Tarixə iz qoymuş alimlərin dediyi sözlər bir qədər düşündürücüdür. Ətrafımızda hiss etmədiyimiz və görmədiyimiz radio dalğalar var. Bu radio dalğalar 30 Hz-300 GHz arasında bütün dünyada özünü göstərir. Təbiətdə kontrol edə bilmədiyimiz radio dalğalar da mövcudur. Məsələn: Şimşək, Kosmosdan gələn radio dalğalar və s. İnsanlıq isə bu radio dalğaları 1867-ci ildə kəşf edib, öz yararına istifadə etməyə başlayıb. Sonra isə bu radio dalğaları ilə də mübarizəyə başlayıb.

Bilirsiniz ki, açıq hava məkanlarına, konsertlərə, filmlərdə də şəbəkə məhdudiyyəti ilə qarşılaşırıq. Səbəblərdən biri Jammer adlanan radiodalğaları bloklamaq üçün istifadə olunan cihazdır.

Mövzu ilə bağlı Sonxeber.az-a İT üzrə mühəndis ekspert Bəhruz Əliyev açıqlama verib.

O bildirib ki, bu çoxşaxəli geniş mövzudur.
Radiodalğalar hər zaman əhatəmizdədir - Bəhruz Əliyev"Burda məsələdə qısaca 2 məqama aydınlıq vermək olar. Birinci məqam GSM texnologiyasının sektoruna düşən mobil avadanlıq sayının limiti keçməsidir.
İkinci məqam isə, tədbirlərdə və insanların çox toplaşdığı yerlərdə vəya mobil telefonların işlənilməsinin arzu olunmadığı məkanlarda (muzey, kino, teatr, xüsusi tədbirlər, ibadət yerləri və s.) Jammer adlanan siqnal vəya tezlik pozucu cihazların yerləşdirilməsidir. Jammer adlanan tezlik pozucu cihazlar, pozmaq istədikləri siqnal ilə eyni tezlikdə küy(gürültü) istehsal edərək, mobil cihazların normal işləməsinin qarşısını alır. Belə bir misalla daha da aydın izah etmək olar: Tutaq ki, siz planşetinizdə musiqiyə qulaq asırsınız, bu anda yanınızda rok musiqi çalınan böyük bir səs avadanlığı(speaker) qoyulur. Təbii ki, siz planşetdən çıxan musiqini eşitməyəcəksiniz. Jammeri də bir növ bu məntiqdə başa düşmək olar. Amma bu dalğaları insan qulağı eşitmir və insan gözü görmür. Xüsusi avadanlıqlarla müşahidə etmək mümkündür. Jammer(müxtəlif adları var) adlanan bu cihaz GSM (900MHz, 1800MHz) və WIFI dalğa yayınlarını(2.4GHz, 5.0GHz) blok edə bilir və düzgün çalışmasının qarşısını alır. Təhlükəsizlik xidməti də bu üsuldan ehtiyac olduğu halda istifadə edə bilər. Uzaqdan müvafiq dalğalar vasitəsi ilə idarəetməsi olan, təhlükəli avadanlıqların işə salınmasının qarşısını almaq üçün də istifadə edilə bilər".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3077   Tarix: 22 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr
.

İsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib

İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"

15 oktyabr
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15 oktyabr
.

TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"

İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə

14 oktyabr
.

Böyük Britaniyanın maliyyə naziri Rusiya gəmiçiliyinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır

Böyük Britaniyanın maliyyə naziri Con Heli cümə axşamı günü Beynəlxalq Valyuta Fondunun (BVF) Banqkokda keçiriləcək illik toplantısında xarici həmkarları ilə görüşməyə hazırlaşarkən digər ölkələri Rusiya ilə əlaqəli gəmiçiliklə bağlı sanksiyaları sərtləşdirməyə çağırıb. France 24-ə istinadən xəbər veri

15 oktyabr
.

Ermənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək

Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind

15 oktyabr
.

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək

14 oktyabr
.

Ukrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb

Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb. "Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb. AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ə

14 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr