"Böyük Qayıdış proqramında qarşıya qoyulan məqsədlər layiqli həyat şəraitinin göstəricisidir" - DEPUTAT

"Böyük Qayıdış proqramında qarşıya qoyulan məqsədlər layiqli həyat şəraitinin göstəricisidir" - DEPUTAT"Ötən ilin fevralında "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış 5 milli öncəlikdən biri kimi müəyyən olunmuş, prosesin realizəsi istiqamətində çox ciddi addımların atılmasına başlanmışdı. Cənab Prezidentin təsdiq etdiyi "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair dövlət Proqramı" isə cari milli prioritet üzrə köklü hüquqi bazisdir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, eyni zamanda I Dövlət Proqramını qəbul etməklə postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin əsl sahibi kimi Qarabağ və Şərqi Zəngəzurda əbədi mövcudluğumuzda bizim nə qədər qərarlı olduğumuzu dünyaya göstəririk.

"Həmçinin bu sənəd öz qələbə nitqində Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.
Kifayət qədər əhatəli olan proqram həm də keçmiş məcburi köçkünlərin konstitusion səviyyədə ali niyyət kimi bəyan edilən hüquqlarının və azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində çox ciddi bir yol xəritəsidir. Nəzərə almalıyıq ki, bizim bir milyon civarında soydaşımız 30 ildir vətənindən didərgin salınmaqla təbii hüquqlar başda olmaqla çoxsaylı hüquqlarından məhrum olunmuşdu. Qəbul olunan sənəd yalnız çoxsaylı hüquqların bərpasına yönəlməyib, bu iş həm də Dövlət Proqramının prioritet istiqamətləri kimi sistemli şəkildə təmin ediləcək.
Sənəddə ilk növbədə bütövlükdə Şərqi Zəngəzur və Qarabağın təhlükəsiz bir zonaya çevrilməsi hədəflənir ki, bu həm də ciddi geosiyasi hadisə hesab olunmalıdır. Biz regional təhlükəsizliyə ümummilli məqsəd kimi baxmaqla Ermənistandan, onun təhrikçi havadarlarından fərqimizi ortaya qoyuruq.
Proqramda qarşıya qoyulan digər vacib hədəflər insanlar üçün layiqli həyat şəraitinin təmin olunmasıdır. Bunun üçün müasir yaşayış məntəqələrinin salınması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması nəzərdə tutulur ki, artıq istifadəyə verilən Füzuli, Zəngilan Beynəlxalq Hava Limanları, Ağalı kəndi, digər rayonlarımızda başlanan çoxşaxəli işlərin nümunəsində müvafiq istiqamətdə çox ciddi nəticələrimiz var. Eyni zamanda cənab Prezident Proqramda kompleks yanaşaraq əhalinin yalnız öz ata-baba yurdlarına təhlükəsiz layiqli qayıdışını deyil, həm də əhalinin dayanıqlı məskunlaşması məsələsini də hədəf qoyur. Bu hədəfə çatmaq üçün isə ərazilərin iqtisadi inkişafının dəstəklənməsi üçün ciddi proqramların icrası nəzərdə tutulur. Yəni bu kompleks hədəflər planı bölgəyə hayat gətiməklə bərabər, həm də urbisidə, ekosidə məruz qalmış böyük bir ərazini ən müasir, ən sağlam mühitə malik yaşayış məskənlərindən birinə çeviririk. Ən nəhayət, biz quruculuğu, bərpanı təbiətin dostu, yaşıl artım ölkəsi kimi aparırıq. Bildiyiniz kimi, təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmaq bizim yaxın 10 il üzrə Milli Prioritetlərimizdən biridir. Bu mənada Böyük Qayıdışa dair dövlət Proqramında işğaldan azad olunmuş ekoloji təmiz mühitin təmin edilməsi niyyətini bəyan etməsi, elə milli prioritetə doğru inamlı addımdır.
Ümumiyyətlə, Dövlət Proqramı yalnız növbəti 4 il üçün Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər tikinti və quruculuqla məhdudlaşmır. Nəzərə alaq ki, bu hələ yalnız birinci sənəddir, hədəflər isə daha böyükdür. Bu mənada istisnasız və mübağiləsiz deyə bilərik ki, cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası və bu bölgələrə əhalinin qayıdışına dair vizyonu və hədəfləri milli dövlətçilik konsepsiyamızın ən mühüm sütunlarından birinə çevriləcək".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1366   Tarix: 23 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14 oktyabr
.

Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi

Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri

14 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

8 ayda 2 minə yaxın əkiz doğulub

Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstəric

16 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15 oktyabr