Pensiyalar artır: Məhsullar yenə bahalaşacaq? - AÇIQLAMA

Pensiyalar artır: Məhsullar yenə bahalaşacaq? - AÇIQLAMAGələn il pensiyaların artırılması planlaşdırılır. Bu barədə Milli Məclisdə qanun layihəsi təqdim edilib.
Məlumata görə, gələn il orta aylıq pensiyanın məbləğinin 423 manat, yaşa görə pensiyanın məbləğinin 455 manat, əlilliyə görə pensiyanın 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin 374 manat olacağı proqnozlaşdırılır. Pensiya artımı dedikdə hər kəsin ağlına yenidən bahalaşma və qiymət artımı gəlir. Əvvəlki illərə nəzər yetirdikdə görürük ki, pensiya və maaş artımı zamanı istehlak qiymətləri indeksi də yüksəlib. Belə olan halda gələn ildən ölkədə yenidən ümumi qiymət artımı ola bilərmi?

İqtisadçı ekspert Eldəniz Əmirov BiG.AZ-a açıqlmasında bildirib ki, qarşıdan gələn ildə də inflyasiya proqnozlaşdırılır və pensiyaların artımı bahalaşmaya təsir edəcək:

"Hər ilin dövlət büdcəsi hazırlanarkən mütləq şəkildə həmin il üçün inflyasiya proqnozlaşdırılır və buna uyğun olaraq da qiymət artımlarına müvafiq pensiyaların artım faizləri proqnozlaşdırılır. Bu, hər il müşahidə edilir. Düşünürəm ki, hazırkı məqamda da eyni addım atılmışdır və bunun da nəticəsində biz təkcə pensiyalarla bağlı deyil, eyni zamanda yaşayış minimumunun artırılmasını müşahidə etdik. 210 manatdan 246 manata qədər artım oldu, bu da təxminən 17 faiz artım deməkdir. Yəni inflyasiya göstəriciləri ümumi inflyasiya göstəricisindən artıqdır. Amma ərzaq inflyasiyası ilə müqayisədə aşağıdır.

Növbəti ildən pensiyalarda da təxminən 15 faiz ətrafında artım görə biləcəyik. Proqnozlara görə isə inflyasiyanın həddi növbəti il üçün təkrəqəmli proqnozlaşdırılır. Amma hesab edirəm ki, bu proqnozda xətalar ola bilər. Ona görə ki, Rusiya-Ukrayna müharibəsinin uzanması yerli istehsalda, o cümlədən idxalda problemlərin yaranmasını artıra bilər. Bu da inflyasiyanı daha uzunmüddətli yuxarı səviyyədə saxlaya bilər. Bu isə deməkdir ki, məhsulların qiymətində artımlar növbəti ildə də davam edəcək.

Amma bu artımlara səbəb kimi əməkhaqlarının, pensiyaların artımının da bunlara müəyyən qədər təsiri olacaq. Yəni əlavə pul kütləsi təklifin artmasından qiymətin artmasına gətirib çıxarır. Amma əməkhaqlarının, pensiyaların artması səbəbindən olan qiymət artımı əslində kiçik bir artım olmalıdır. Sadəcə olaraq, bizdə istər yerli istehsal olsun, istərsə də idxal məhsulları, biləndə ki, təsərrüfat subyektləri, əməkhaqları, pensiyalar artır, artmamışdan qabaq öz məhsullarının qiymətini artırırlar. Əslində rəqabətli bazarda belə ola bilməzdi. Amma hazırkı bazarda bu, belədir".

Pensiyalar artır: Məhsullar yenə bahalaşacaq? - AÇIQLAMAİqtisadçı ekspert Emin Qəriblinin sözlərinə görə, qiymət artımı gələn il də davam edə bilər, lakin cari ilə nisbətən qiymət artımında templər azalacaq:

"Qeyd etmək lazımdır ki, gələn ildən inflyasiya gözlənilir. Ona görə ki, dünyada inflyasiyanın əsas səbəbləri məhz idxal olunan məhsullarla əlaqədardır. Buna görə də qiymət artımı baş verir və proqnozlara görə də gələn il bu ilə nisbətən az olsa da, qiymət artımı baş verəcək. Digər tərəfdən, yerli bazarlara da baxmalıyıq.

Biz bilirik ki, hər il xarici amillər əsasında qiymət artırılırsa dövlət də müvafiq indeksasiya apararaq, qiymət artımını nəzərə alaraq, büdcədə minimal əmək haqqının həcmini artırır, pensiyalar artırılır. Bu isə təbii ki, öz növbəsində, pul kütləsinin artımına gətirib çıxarır. Bu da qiymət artımı ilə müşahidə olunur. Amma yenə də dövlət bunun qarşısını almaq üçün müvafiq tədbirlər görə bilər. Ən azından, xarici amillərin qarşısını almaq çətin olsa da, daxili qiymət artımını tənzimləmək olar. Amma istənilən halda bu, qiymət artımına gətirib çıxarır.

Bu, bir növ kompensasiya kimi dəyərləndirilə bilər. Həssas təbəqə bundan ziyan çəkir. Hökümət də bu barədə fikirləşir. Məsələn, Türkiyə və digər ölkələrdə, inflyasiyaya rəğmən, Mərkəzi Bank ona uyğun qabaqlayıcı tədbirlər görür. Türkiyədə, inflyasiyaya baxmayaraq, uçot dərəcələri aşağı salınıb. Amma Azərbaycan son dövrlər, bunun əksinə olaraq, uçot dərəcəsini ən azından artırmır, eyni faizdə saxlayır. Bu o deməkdir ki, bizdə digər ölkələrlə nisbətdə inflyasiya elə də çox olmur.

ABŞ-da isə, tam əksinə, uçot dərəcələri lap artıq olur. Dünyada elə ən çox inflyasiyaya məhz inkişaf etmiş, dünya iqtisadiyyatında daha çox payı olan ölkələrin təsiri nəticəsində olur. Onlar da qabaqlayıcı tədbirlər görürlər. İnanıram ki, bizdə də bu kimi tədbirlər olar. Mərkəzi Bankın siyasətinə baxsaq, görərik ki, hətta belə kritik bir fikir var: milli iqtisadiyyatın artırılması üçün uçot dərəcələrini aşağı salmaq lazımdır ki, sahibkarlar çoxlu kredit alsınlar. Amma görürlər ki, digər tərəfdən də inflyasiya məsələsi var. Ona görə də Mərkəzi Bank düzgün olaraq məhz qabaqlayıcı tədbirlər nəticəsində elə edir ki, qiymət artımı gələn il çox olmasın.

Bunun qarşısını almaq üçün Mərkəzi Bank tədbirlər görüb ki, qiymət artımı çox olmasın. Hesab edirəm ki, qiymət artımı olsa belə, bu, dünyada gedən proseslərlə əlaqədar artacaq. Qiymət artımı, xüsusən də qida məhsullarında bahalaşma keçən illərlə nisbətdə kifayyət qədər çoxdur. Ona görə də dövlət bu addımı atmağa məcburdur. Çünki həssas təbəqənin sosial durumu daha da ağırlaşa bilər. Qiymət artımı gələn il də davam edə bilər. Gələn il cari ilə nisbətən qiymət artımında templər azalacaq. Burada iki amil var: xarici amil və süni qiymət artımı. Süni qiymət artımının da qarşısını müvafiq dövlət qurumları monitorinq apararaq almalıdırlar".
Pensiyalar artır: Məhsullar yenə bahalaşacaq? - AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4144   Tarix: 25 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı

Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis

16 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör

16 oktyabr
.

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind

15 oktyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə

16 oktyabr
.

Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı

Azyaşlı qızları ərə vermək ənənə deyil, uşağın taleyinə müdaxilədir. Məktəb yaşında bir uşağı ailə məsuliyyətinə, erkən hamiləliyə və mümkün zorakılığa sürükləyib sonra bunu adət, ailə qərarı və ya dini dəyərlərlə izah etmək problemin mahiyyətini gizlətməkdən başqa bir şey deyil. İran, Əfqanıstan v

14 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr